Pakistanda daşqın nəticəsində ölənlərin sayı 1265 nəfərə çatıb

2022-09-03 18:24:34

Pakistanda musson yağışlarının səbəb olduğu sel fəlakətində balans artır. Milli Fəlakət İdarəetmə Agentliyindən (NDMA) verilən açıqlamada sel fəlakətində daha 57 nəfərin həyatını itirdiyi, daşqın nəticəsində həyatını itirənlərin ümumi sayının isə 1265 nəfərə yüksəldiyi bildirilib. NDMA həyatını itirənlərdən 22-nin kişi, 18-nin qadın və 17-nin uşaq olduğunu açıqlayıb.

Rəsmilər Şükkür bəndində suyun səviyyəsinin qalxdığını və bunun da daşqınlara səbəb olduğunu bildirib.

Planlaşdırma, İnkişaf və İslahat Naziri Əhsan İqbal Milli Daşqınlara Müdaxilə və Koordinasiya Mərkəzində keçirilən mətbuat konfransında beynəlxalq ictimaiyyəti Pakistanı dəstəkləməyə və bu qətiyyətindən əl çəkməməyə çağırıb.

Tərcümə“24 SAAT”

Back to top button