Pakistanda daşqın nəticəsində ölənlərin sayı 1314 nəfərə çatıb

2022-09-05 11:14:09

Pakistanda musson yağışlarının səbəb olduğu sel fəlakətində balans getdikcə ağırlaşır.

Səlahiyyətlilər, 12-si uşaq olmaqla daha 25 nəfərin həyatını itirdiyini və ümumi itkilərin 450-nin uşaq olmaqla 1314 nəfərə yüksəldiyini açıqlayıb. İyunun ortalarından bəri davam edən güclü musson yağışları səbəbindən ölkənin üçdə biri su altında qalıb. Təxminən 33 milyon insanın həyatına təsir edən sel fəlakəti milyonlarla insan evlərini itirdi. Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif UNICEF və müxtəlif təşkilatları uşaq ölümlərini araşdırmağa çağırıb.

Pakistan hökuməti isə leysan yağışlar nəticəsində ən azı 12 milyon dollar itki verdiyini bildirib.

Pakistan səhiyyə rəsmiləri musson yağışlarının səbəb olduğu daşqın fəlakətindən zərər çəkmiş yüz minlərlə insanın təmiz su təminatında yaranan problemlər səbəbindən müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini açıqlayıb. Sind vilayətinin səhiyyə naziri Həkim Azra Peçuho, “Sel səbəbiylə 134 mindən çox ishal və 44 min malyariya hadisəsi bildirildi. Bundan əlavə, daşqınlardan zərər çəkənlər arasında indiyədək 100 mindən çox dəri xəstəliyi qeydə alınıb”, – deyə o bildirib. Nazir Peçuho bildirib ki, Sind əyalətində digər xəstəliklər, o cümlədən tənəffüs xəstəlikləri hallarında artım var. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) ölkə daxilində daşqından zərər çəkmiş bölgələrdə ən azı 650 min hamilə qadının olduğunu, onlardan 73 mininin bu ay doğum etməsinin gözlənildiyini və sağlamlıq xidmətinə ehtiyacı olduğunu bildirib. UNFPA həmçinin daşqınlar nəticəsində 1 milyona yaxın evin zərər gördüyünü xatırladıb və bir çox qadın və qızların gender əsaslı zorakılıq riski ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Tərcümə“24 SAAT”

Back to top button