Pakistanda daşqın nəticəsində ölənlərin sayı 1400 nəfərə çatıb

2022-09-11 16:21:49

Pakistanda sel fəlakətində son 24 saatda 12 nəfərin daha ölməsi ilə ölkənin Sind əyalətində həyatını itirənlərin sayı 621-ə yüksəlib. Ölkə üzrə daşqınlar nəticəsində həyatını itirənlərin sayının 1400-ə yüksəldiyi açıqlanıb.

Bhan Syedabad bölgəsində körpü daşqın səbəbindən uçub, Kotri bəndində isə güclü yağışlar nəticəsində suyun səviyyəsi qalxıb.

Pakistan Ordusu seldən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işlərinin davam etdiyini, hələ də sel sularında qapalı qalan insanların olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş cümə günü Pakistana səfəri zamanı deyib: “Mən beynəlxalq ictimaiyyəti Pakistanın böyük maliyyə dəstəyinə ehtiyacı var, çünki ilkin hesablamalara görə, itki təxminən 30 milyard dollardır” dedi.

Pakistanda Mançar gölünün daşması təhlükə yaradır

daha çox video üçün

Tərcümə“24 SAAT”

Back to top button