Pakistanda daşqın nəticəsində ölənlərin sayı 1500-ə çatıb

2022-09-15 17:12:01

Pakistanda musson yağışlarının səbəb olduğu sel fəlakətində balans getdikcə ağırlaşır. Səlahiyyətlilər seldə həyatını itirənlərin sayının 1500-ə yüksəldiyini bildirib.

Milli Fəlakət İdarəsi sentyabrın 9-dan bəri daha 90 nəfərin öldüyünü, həyatını itirənlərdən 530-nun uşaq olduğunu açıqlayıb.

İyunun ortalarından bu yana yağan güclü musson yağışları nəticəsində ölkənin üçdə biri su altında qalıb.

Təxminən 33 milyon insanın həyatına təsir edən sel fəlakəti milyonlarla insan evlərini itirdi.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-dan yardımların bu gün ölkəyə çatdığı bildirilib.

Pakistanda daşqın nəticəsində ölənlərin sayı artıb

daha çox video üçün

Tərcümə“24 SAAT”

Back to top button