Papua Yeni Qvineyada 7,6 bal gücündə zəlzələ baş verib

2022-09-11 10:02:19

Papua Yeni Qvineyanın şərqində 7,6 bal gücündə zəlzələ baş verib və yerli sakinlər Madanq şəhəri yaxınlığında və ölkənin daxili ərazilərində binalara ziyan dəydiyini bildiriblər.

Zəlzələ barədə məlumat verən ABŞ Geoloji Xidməti sunami xəbərdarlığı etdi, lakin tezliklə sunami təhlükəsinin keçdiyini bildirdi. Bununla belə, o, bəzi sahilyanı ərazilərdə dəniz səviyyəsində kiçik dalğalanmaların ola biləcəyini deyib.

Madangda yerli sakinlər AFP-yə bildiriblər ki, onlar “çox güclü təkan” hiss ediblər, eyni zamanda binalara da ziyan dəyib.

USGS zəlzələnin Kainantu şəhərindən təxminən 67 kilometr aralıda, 61 kilometr dərinlikdə baş verdiyini bildirib. Bu zəlzələdən bir neçə dəqiqə əvvəl İndoneziya sahillərində eyni bölgədə 6,1 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ baş verdi.

Papua Yeni Qvineya Sakit okeanın “Alov halqası” kimi tanınan zəlzələ zolağında yerləşdiyindən ölkədə tez-tez zəlzələlər baş verir.

Tərcümə“24 SAAT”

Back to top button