Peskovdan “geri çəkilmə” bəyanatı: Rusiya ordusu Balakleya və İzyumda yenidən yerləşdirilib

2022-09-12 18:36:51

Kremlin sözçüsü Dmitriy Peskov Ukrayna ordusunun Donbass bölgəsində Rusiya ordusunun işğal etdiyi torpaqların bir hissəsini geri almağa başlaması, Xarkovun Balakleya və İzyum şəhərlərindən rus ordusunun çıxarılması ilə bağlı açıqlama verib.

Rusiya ordusunun hərbi əməliyyatlarını davam etdirdiyini bildirən Peskov, “Ukraynada xüsusi hərbi əməliyyat davam edir. Başlanğıcda qoyulan hədəflərə çatana qədər sözügedən əməliyyat davam edəcək” dedi.

Rusiya ordusunun geri çəkildiyi Balakleya və İzyum şəhərlərində ordunun yenidən yerləşdirildiyini açıqlayan Peskov Rusiya prezidenti Vladimir Putinin bu hərəkətlərdən xəbərdar olduğunu bildirib və “Təbii ki, xüsusi hərbi əməliyyatlar zamanı atılan hər addım və hərəkətlər baş komandana çatdırdılar”.

Peskov bildirib ki, Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Ukraynadakı əməliyyatlarına cavabdeh olan komandirlərdən Roman Berdnikovun vəzifədən çıxarılmasının səbəbi ilə bağlı lazımi açıqlama verə bilər.

“RUS ORDUSU ZAPORİCİYADAN ÇƏKİLMƏYƏCƏK”

Rusiya ordusunun Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasından çəkilib-çəkilməyəcəyi ilə bağlı Peskov, “Qoşunlarımızın geri çəkilməsindən söhbət gedə bilməz. Hazırda əsas məsələ Ukrayna tərəfini obyektlərə vəhşicəsinə hücumlarını dayandırmağa inandırmaqdır. Çünki bu hücumlar çox kədərli və fəlakətlidir. nəticələrə gətirib çıxara bilər”.

Ukrayna ordusunun Zaporojye Atom Elektrik Stansiyasına hücumlarını davam etdirdiyini vurğulayan Peskov, Qərb ölkələrinin Ukraynanı hücumları dayandırması üçün xəbərdar etməli olduğunu vurğulayaraq, “Biz hələ də Ukraynaya təsiri olan ölkələri öz təsirlərindən istifadə edərək, Ukraynanı razı salmağa çağırırıq. Ukrayna tərəfi hər gün həyata keçirdikləri hücumları dayandırmalıdır”.

Putin və Zelenski arasında görüşün olub-olmayacağı ilə bağlı Peskov, “Hazırda belə bir ehtimal görmürük və bildirmək istərdik ki, belə bir görüş üçün ilkin şərtlər hələ də yerinə yetirilməyib”.

Tərcümə“24 SAAT”

Back to top button