Rusiya Avropanın qazını kəsdi

2022-09-03 08:00:29

Kəmərin neft sızması səbəbindən bağlandığını bildirən şirkət sızmanın Portovaya kompressor stansiyasında aşkar edildiyini və yoxlamanın boru kəmərinin saxlanmasına kömək edən Almaniyanın “Siemens” şirkətinin əməkdaşları ilə birlikdə aparıldığını açıqlayıb. “Qazprom” avqustun 19-da elan edib ki, “Şimal axını”nda əvvəlcədən planlaşdırılan təmir işləri ilə əlaqədar avqustun 31-dən təbii qaz axını üç gün müddətinə dayandırılacaq. Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra Avropaya təbii qaz axını iki cəbhə arasında böyük problemə çevrildi. Avropa ölkələri Rusiyanı qaz ixracını azaltmaqla sanksiyalara cavab verməkdə günahlandırsa da, Moskva administrasiyası sanksiyaların paylayıcı qurğuların saxlanmasına və istismarına təsir etdiyini bildirib.

Tərcümə“24 SAAT”

Back to top button