Rusiya neft şirkətinin baş meneceri pəncərədən yıxılaraq ölüb

Rusiya mətbuatının xəstəxanadakı mənbələrə istinadən verdiyi məlumata görə, Rusiyanın “Lukoyl” neft şirkətinin baş meneceri Ravil Maqanov Moskvada Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən yıxılaraq ölüb.

Rusiya xəbər agentliklərinin Rusiya İstintaq Komitəsinin ekspertlərinə əsaslanan məlumata görə, Maqanovun pəncərədən atılaraq intihar etdiyi xəbəri yayılarkən, Rusiyanın rəsmi qurumları Ravil Maqanovun dəqiq ölümü ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Lakin məlum olub ki, Maqanovun öldüyü yerdə hadisə yeri müstəntiqləri araşdırma aparır və Maqanovun meyiti məhkəmə-tibb morquna aparılıb.

Uzun müddət “Lukoyl”un törəmə şirkəti olan “Langepasneftegaz”da müxtəlif vəzifələrdə çalışmış Ravil Maqanov 2020-ci ildə “Lukoyl”un baş meneceri Valeri Qrafierin vəfatından sonra şirkətə rəhbərlik edib.

Tərcümə“24 SAAT”

Back to top button