Rusiya qazı kəsdi… Almaniyadan flaş nüvə enerjisi qərarı

2022-09-06 09:43:03

Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir etməkdə davam edir.

Kremlin Moskvaya qarşı sanksiyalar aradan qaldırılmadığı təqdirdə Rusiyanın “Şimal axını 1” boru kəməri ilə Avropaya qaz nəqlini tam bərpa etməyəcəyini açıqlamasından sonra Almaniya hərəkətə keçib.

İqtisadiyyat naziri Robert Habeck 2011-ci ildə o vaxtkı kansler Angela Merkelin elan etdiyi sıfır nüvə siyasətinin dayandırılmasını nəzərdə tutan bəyanatla çıxış etdi.

Hökumətin anti-nüvə tərəfdaşı olan Habeck, “ölkədə qalan üç atom elektrik stansiyasından ikisinin hər ehtimala qarşı 2023-cü ilin aprel ayının ortalarına qədər fəaliyyət göstərəcəyini” söylədi.

Almaniyanın qərarı xarici mətbuatda ‘dönüş’ kimi şərh edildi.

Almaniyanın enerji bazarını tənzimləyən Bundesnetzagentur (BNetzA) agentliyinin sədri Klaus Müller bəyan edib ki, Rusiya qaz təchizatını tamamilə kəsərsə, ölkədəki qaz anbarları maksimum 2,5 ay tələbatı ödəyə bilər.

Merkel Yaponiyada Fukusima nüvə fəlakətindən sonra atom enerjisindən tamamilə imtina etmək qərarına gəlib və ölkədəki 6 elektrik stansiyasından 3-ü bağlanıb.

Rusiyanın dövlət enerji şirkəti “Qazprom” aprel ayında tədarük etdiyi qaza görə rublla ödəməkdən imtina edən GasTerra-ya təbii qaz axınını dayandıracağını açıqlamışdı.

GasTerra isə rubl ödənişləri ilə bağlı açıqlama verərək, Qazpromun Rusiya təbii qazı üçün ödəmə öhdəliklərinin yerinə yetirilməyəcəyini bildirib.

Qazprom bundan əvvəl rublla ödəməkdən imtina edən Finlandiyaya qaz nəqlini də kəsmişdi.

SİYAHIDA HANSI ÖLKƏLƏRDƏDİR?

Putinin imzaladığı fərmanla ötən həftələrdə “dost olmayan ölkələr” siyahısı rəsmiləşdi.

Rusiya hökumətinin dərc etdiyi siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib.

Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.

Tərcümə“24 SAAT”

Back to top button