Rusiya qazı kəsdi… Avropa həyəcan təbili çaldı! Almaniya prezidenti Ştaynmayerdən flaş xəbərdarlıq

2022-09-12 09:17:10

Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir etməkdə davam edir.

Kremlin Rusiyanın “Şimal axını 1” boru kəməri ilə Avropaya qaz nəqlinin Moskvaya qarşı sanksiyalar aradan qaldırılmayana qədər tam bərpa olunmayacağını elan etməsindən sonra Almaniyadan diqqətəlayiq xəbərdarlıq gəldi.

Artan enerji qiymətlərinə diqqət çəkən Almaniya prezidenti Frank-Valter Ştaynmayer bu vəziyyətin yoxsul insanların və xüsusilə ailələrin evlərini itirməsinə səbəb ola biləcəyini bildirib.

Almaniyanın enerji bazarını tənzimləyən Bundesnetzagentur (BNetzA) agentliyinin sədri Klaus Müller bəyan edib ki, Rusiya qaz təchizatını tamamilə kəsərsə, ölkədəki qaz anbarları maksimum 2,5 ay ərzində tələbatı ödəyə bilər.

Steinmeier Evsizlər Günü üçün verdiyi dəvətdəki çıxışında yoxsul ailələrin qiymətlərin artması səbəbindən kirayə və digər maaşlarını qarşılamaqda çətinlik çəkdiyini vurğuladı.

Steinmeier çıxışında bu açıqlamaları verdi;

“Xüsusilə ailələr evlərini itirmək riski altındadır. Həmçinin, ev axtaran insanlar münasib qiymətə mənzil tapmaqda çətinlik çəkə bilər.’

ALMANİYADAN NÜVƏ ENERJİYASINDA U-DÖNÜŞÜ

Bu yaxınlarda İqtisadiyyat naziri Robert Habeck o zamankı kansler Angela Merkelin 2011-ci ildə elan etdiyi sıfır nüvə siyasətinin dayandırılmasını nəzərdə tutan bəyanatla çıxış etdi.

Hökumətin anti-nüvə tərəfdaşı olan Habeck, “ölkədə qalan üç atom elektrik stansiyasından ikisinin hər ehtimala qarşı 2023-cü ilin aprel ayının ortalarına qədər fəaliyyət göstərəcəyini” bildirdi.

Almaniyanın bu qərarı xarici mətbuatda “dönüş” kimi şərh olunur.

Yaponiyada Fukuşima nüvə fəlakətindən sonra Merkel atom enerjisindən tamamilə imtina etmək qərarına gəldi və ölkədəki 6 elektrik stansiyasından 3-ü bağlandı.

Rusiyanın dövlət enerji şirkəti “Qazprom” aprel ayında tədarük etdiyi qaza görə rublla ödəməkdən imtina edən GasTerra-ya təbii qaz axınını dayandıracağını açıqlamışdı.

GasTerra isə rubl ödənişləri ilə bağlı açıqlama verərək, Qazpromun Rusiya təbii qazı üçün ödəmə öhdəliklərinin yerinə yetirilməyəcəyini bildirib.

Avropa Ukrayna müharibəsi və Rusiyanın təbii qazı kəsməsindən sonra son dövrün ən sərt qışına hazırlaşır.

Qazprom bundan əvvəl rublla ödəməkdən imtina edən Finlandiyaya qaz nəqlini də kəsmişdi.

SİYAHIDA HANSI ÖLKƏLƏRDƏDİR?

Putinin imzaladığı fərmanla ötən həftələrdə “dost olmayan ölkələr” siyahısı rəsmiləşdi.

Rusiya hökumətinin açıqladığı siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib. Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San-Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.

Tərcümə“24 SAAT”

Back to top button