Rusiya qazı kəsdi… İsveçrəli nazirdən ‘birlikdə duş alın’ tövsiyəsi gəldi

2022-09-14 15:04:28

Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir etməkdə davam edir.

Kremlin Rusiyanın “Şimal axını 1” boru kəməri ilə Avropaya qaz nəqlinin Moskvaya qarşı sanksiyalar aradan qaldırılmayana qədər tam bərpa olunmayacağı barədə bəyanatından sonra Avropa, belə demək mümkünsə, təşvişə düşüb.

Ən pis qışa hazırlaşan Avropa bir sıra tədbirlər üzərində işləyir.

Bu planlar çərçivəsində vətəndaşlar davamlı olaraq qənaətə çağırılır. Son dövrün ən qəribə zəngi İsveçrədən gəlib.

Ölkə mətbuatında çıxan xəbərə görə, İsveçrənin Ətraf Mühit, Nəqliyyat, Enerji və Kommunikasiyalar naziri Simonetta Sommaruga bir sıra qənaət təklifləri ilə çıxış edib.

Tages-Anzeiger qəzetinə danışan isveçli nazir suya qənaət və enerji böhranının qarşısını almaq üçün “tək deyil, birlikdə duş qəbul etməyi” tövsiyə edib.

Sommaruga-nın pula qənaət etmək üçün digər təklifləri soyuducunu daha az soyutmaq, qızdırıcılarınızı daha az yandırmaq və elektrik enerjisindən daha ehtiyatlı istifadə etmək idi.

‘DUŞ QABUL ETMƏYİN, PARÇA İLE SİLİN’

İsveçrəli nazirin tövsiyəsinə bənzər bir tövsiyə bu yaxınlarda Almaniyadan gəlmişdi.

Fransa və İsveçrə sərhəddində yerləşən Almaniyanın cənub-qərb əyalətini idarə edən Vinfrid Kretçman xalqa duş qəbul etmək əvəzinə nəm parça ilə silməyi tövsiyə edib.

Kretschmann da bu üsula əl atdığını bildirib.

Rusiyanın dövlət enerji şirkəti “Qazprom” aprel ayında tədarük etdiyi qaza görə rublla ödəməkdən imtina edən GasTerra-ya təbii qaz axınını dayandıracağını açıqlamışdı.

GasTerra isə rubl ödənişləri ilə bağlı açıqlama verərək, Qazpromun Rusiya təbii qazı üçün ödəmə öhdəliklərinin yerinə yetirilməyəcəyini bildirib.

Qazprom bundan əvvəl rublla ödəməkdən imtina edən Finlandiyaya qaz nəqlini də kəsmişdi.

SİYAHIDA HANSI ÖLKƏLƏRDƏDİR?

Putinin imzaladığı fərmanla ötən həftələrdə “dost olmayan ölkələr” siyahısı rəsmiləşdi.

Rusiya hökumətinin dərc etdiyi siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib.

Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.

Tərcümə“24 SAAT”

Back to top button