Rusiyanın Əfqanıstandakı səfirliyinə hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

2022-09-06 12:50:17

Əfqanıstanın paytaxtı Kabilin 7-ci rayonundakı Rusiya səfirliyinə dünən yerli vaxtla saat 11:00 radələrində hücum edilib. Kabil polisinin sözçüsü Xalid Zadran hadisə nəticəsində 2 rusiyalı və 4 mülki vətəndaşın yaralandığını açıqlayıb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Hücumun, səfirliyin qarşısında viza müraciəti gözləyən və əməliyyatları həyata keçirən Rusiya səfirliyinin əməkdaşlarının hədəf alındığı bildirilib. Hadisə şahidləri viza üçün müraciət edənlərin əfqan tələbələr olduğunu bildiriblər.

Taliban administrasiyasının xarici işlər naziri Emirhan Muttaki insidentlə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb. Müttəki rusiyalı həmkarına başsağlığı verib və hadisə ilə bağlı hərtərəfli araşdırma aparılacağını bildirib. Hər iki tərəf düşmənlərin bu cür mənfi hərəkətlərinin iki ölkə arasında müsbət münasibətlərə təsir göstərməsinə imkan verməməlidir”, – Müttəki bildirib. Lavrov isə partlayışın beynəlxalq cinayət təşkilatının əməli olduğunu bildirib və bununla mübarizə üçün səy göstərilməsini tələb edib.

Tərcümə“24 SAAT”

Back to top button