Seneqalda daşqınlar: 3 nəfər ölüb

2022-09-06 14:36:45

Seneqalın paytaxtı Dakarda leysan yağışlar səbəbindən daşqınlar baş verib. Seneqal prezidenti Macky Sall bazar günü elan edib ki, şənbə günündən bəri davam edən və daşqınlara səbəb olan güclü yağışlar nəticəsində 3 nəfər ölüb.

Prezident Sall, “Yağışlar böyük şiddətlə və çox qısa müddətdə yağdı.” Sall, ölkəsinin “onu gözlənilməz hala gətirən bir iqlim böhranı” yaşadığını da ifadə edərək, bölgəyə səlahiyyətlilərin yerləşdirildiyini söylədi.

Tərcümə“24 SAAT”

Back to top button