Somalidə ərzaq yardımı aparan yük maşınlarına hücum: 18 ölü

2022-09-03 14:57:54

Terror təşkilatı Əl-Şəbab Somalinin Hiran bölgəsində ərzaq yardımı aparan yük maşınlarını hədəf alıb.

Baladveyn şəhərindən yola düşən və Mahas şəhərinə ərzaq yardımı aparan yük maşınlarına edilən hücumda ən azı 18 nəfər həlak olub.

“Əş-Şəbab” 18 nəfəri öldürüb və Mahas şəhərinə ərzaq yardımı aparan çoxlu yük maşınlarını yandırıb”, – yerli sakin Farah Aden bildirib.

Digər tərəfdən, 17 iyulda Somalinin Cövhər şəhərində Əl-Şəbab terror təşkilatının təşkil etdiyi hücumda bomba yüklü avtomobilin Somalili siyasətçilərin olduğu otelə çırpılması nəticəsində ən azı 2 nəfər ölüb, 15-dən çox adam yaralanıb.

Tərcümə“24 SAAT”

Back to top button