Son dəqiqə: ABŞ-da təyyarə qəzası! Zamanla yarış… 1 nəfərin meyiti tapılıb

2022-09-05 11:58:31

ABŞ Sietldən gələn xəbərdən şoka düşüb.

İçərisində biri pilot olan 10 nəfərin olduğu dəniz təyyarəsi Mutiny körfəzinə düşüb.

ABŞ Sahil Mühafizəsi qrupları, 9 sərnişin və bir pilotu daşıyan üzən təyyarənin yerli vaxtla saat 15:11-dən dərhal sonra körfəze düşdüyünü və hadisə yerinə çoxlu sayda xilasetmə qrupunun göndərildiyini açıqlayıb.

Qəzanın baş verdiyi Mutiny Bay Vaşinqtonun Sietl şəhərindən təxminən bir saat şimalda yerləşir.

İngilis Daily Mail qəzetində yer alan xəbərə görə, axtarış-xilasetmə işləri çərçivəsində bir sərnişinin cansız cəsədi tapılıb.

ABŞ Sahil Mühafizəsi (USGS) CBS News-a bildirib ki, “Sahil Mühafizəsi hələ də Axtarış və Xilasetmə əməliyyatlarındadır və biz axşam saatlarında itkin düşmüş şəxslərin axtarışını aktiv şəkildə davam etdirəcəyik”.

Lakin axtarış-xilasetmə işləri davam etdikcə ümidlər hər keçən dəqiqə azalır.

Səlahiyyətlilər bildirir ki, təyyarə Renton Bələdiyyə Hava Limanına gedirmiş və qəzanın səbəbi hələlik məlum deyil.

USGS təyyarədə biri uşaq olmaqla 10 nəfərin olduğunu bildirdi.

Tərcümə“24 SAAT”

Back to top button