Son dəqiqə inkişaf… Rusiya mətbuatından diqqətçəkən iddia: Putin tələyə düşdü

2022-09-13 13:04:58

Ukraynada 200 günü arxada qoyan müharibə tam sürətlə davam edir.

Müharibədə təşəbbüsü ələ alan Ukrayna qüvvələri hücumlarını davam etdirərkən, rus qoşunları geri çəkilir.

Rusiya bu vəziyyəti “yenidən qruplaşma” kimi təqdim etsə də, bölgədəki son vəziyyət Rusiya ictimaiyyətində müzakirələrə səbəb olub.

Meydanda uğursuzluq Rusiya mətbuatının gündəmini zəbt edir. Kremlin nəzarətində olan dövlət televiziyasındakı vəziyyətlə bağlı maraqlı iddia irəli sürülüb.

Keçmiş parlament üzvü Boris Nadejdin canlı yayımda şərhində “Putin pusquya düşdü” deyib və Putinin müşavirlərini günahlandırıb.

Britaniyanın “Metro” qəzetində yer alan xəbərə görə, Nadejdin “Əməliyyatın tez və təsirli olacağı barədə Putinə məlumat verənlər… bu insanlar hamımızı tələyə salıb” deyib.

Nadejdin “Gərək kimsə Putinə Ukraynanın təslim olub qaçacağını deyib” deyərək, iki ölkə arasında sülh danışıqlarının aparılmasının vacibliyini vurğulayıb.

Ukraynanı məğlub etməyin qeyri-mümkün olduğunu anlamalı olduqlarını ifadə edən Nadejdin, “Problemləri siyasətlə həll etməyin vaxtıdır” deyib.

Rusiya müharibənin ilk günündən müharibəni “xüsusi hərbi əməliyyat” kimi təqdim edir.

ZELENSKİ HÜCUM ƏMƏRİNİ VERİB

Zelenski Krımı Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra geri alacağına söz vermişdi.

Xersonun geri alınması digər işğal olunmuş şəhərlərə də ümidi artıracaq. Bundan başqa, şəhəri alaraq Zelenskinin göstərdiyi Krım yolunu da açacaq.

Bu səbəbdən Xerson həm də “Krımın açarı” kimi qələmə verilir. Ukrayna bu bölgəni tez bir zamanda geri almaq və Krıma yol açmaq üçün mübarizə aparır.

Çünki hərbi ekspertlər qış aylarında irəliləyişin çətinləşəcəyini şərh edirlər.

RUSİYA MARTIN 2-DƏN YENİLƏNMƏDİ

Rusiya aylardır hərbi itkiləri açıqlamaq istəmir. Moskva məsələ ilə bağlı ilk və son rəsmi bəyanatını martın 2-də verib.

Sözügedən açıqlamada Rusiyanın müharibədəki əsgər itkisi 498 olaraq açıqlanıb. O vaxtdan bəri bu məlumatlar heç vaxt yenilənməyib.

Tərcümə“24 SAAT”

Back to top button