Son dəqiqə: Putindən flaş açıqlamalar… Çinə təşəkkür, ABŞ-a mesaj

2022-09-15 18:19:51

Dünyanın səbirsizliklə gözlədiyi Putin-Şi görüşü baş tutub.

Putin çinli həmkarı Xi-yə Ukrayna ilə bağlı “balanslı siyasətinə” görə təşəkkür edib. Rusiya lideri danışıqlarda “birqütblü dünya yaratmaq cəhdlərini” pisləyib.

Putin Moskvanın Pekinin “Vahid Çin” siyasətini dəstəklədiyini, ABŞ-ın Tayvan boğazındakı “təxribatlarına” qarşı olduğunu, Rusiyanın isə Çinin Ukrayna məsələsində “balanslı mövqeyini” dəyərləndirdiyini bildirib.

“Əl-Cəzirə”də yer alan xəbərə görə, Putin “Birqütblü dünya yaratmaq cəhdləri son zamanlar tamamilə çirkin bir forma alıb və tamamilə qəbuledilməzdir” deyərək birbaşa ABŞ-ı hədəf alıb.

Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində iki lider Ukrayna müharibəsindən sonra ilk təkbətək görüş keçirib.

Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində iştirak edən Putin İran prezidenti İbrahim Rəisi, Pakistanın baş naziri Şahbaz Şərif, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Qırğızıstan prezidenti Sadir Japarov ilə də görüşüb.

ŞƏT 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndələrinin Çinin Şanxay şəhərində bir araya gələrək Sərhəd bölgələrində hərbi etimadın dərinləşdirilməsi haqqında Saziş imzaladığı zaman yaradılıb.

Son dəqiqə: Putindən flaş açıqlamalar... Çinə təşəkkür, ABŞ-a mesaj

Özbəkistan, Pakistan və Hindistanın iştirakı ilə tamhüquqlu üzvlərin sayı 8-ə yüksəldi.

2005-ci ildə ŞƏT-ə müşahidəçi üzv kimi daxil olan İranın tamhüquqlu üzvlük prosesinə 2021-ci ilin sentyabrında start verilib.

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşıdır.

Tərcümə“24 SAAT”

Back to top button