Son dəqiqə… Rusiyadan alovlu təbii qaz qərarı: Aİ-yə ixrac azalır

2022-09-15 15:38:56

Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir etməkdə davam edir.

Kremlin Rusiyanın “Şimal axını 1” boru kəməri ilə Avropaya qaz nəqlinin Moskvaya qarşı sanksiyalar aradan qaldırılmayana qədər tam bərpa olunmayacağı barədə bəyanatından sonra Avropa, belə demək mümkünsə, təşvişə düşüb.

Avropa ‘ən sərt qışa’ hazırlaşarkən Rusiyadan yeni açıqlama gəldi.

Rusiya baş nazirinin müavini Novak bu il Rusiya qazının Avropa İttifaqına (Aİ) ixracının 50 milyard kubmetr azalacağını açıqlayıb.

Rusiyanın dövlət enerji şirkəti “Qazprom” aprel ayında tədarük etdiyi qaza görə rublla ödəməkdən imtina edən GasTerra-ya təbii qaz axınını dayandıracağını açıqlamışdı.

GasTerra isə rubl ödənişləri ilə bağlı açıqlama verərək, Qazpromun Rusiya təbii qazı üçün ödəmə öhdəliklərinin yerinə yetirilməyəcəyini bildirib.

Qazprom bundan əvvəl rublla ödəməkdən imtina edən Finlandiyaya qaz nəqlini də kəsmişdi.

SİYAHIDA HANSI ÖLKƏLƏRDƏDİR?

Putinin imzaladığı fərmanla ötən həftələrdə “dost olmayan ölkələr” siyahısı rəsmiləşdi.

Rusiya hökumətinin açıqladığı siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib.

Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San-Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.

Tərcümə“24 SAAT”

Back to top button