Son dəqiqə… Rusiyanın Kabildəki səfirliyinə bombalı hücum

2022-09-05 13:43:13

Əfqanıstanın paytaxtı Kabil bombalı hücuma səhnə olub.

Britaniyanın Daily Mail qəzetində yer alan xəbərə görə, intiharçı Kabildəki Rusiya səfirliyinin binasını hədəf alıb.

Eyni xəbərə görə, hücum edən şəxs təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilsə də, buna baxmayaraq, bombanı işə sala bilib.

Hücum nəticəsində 2 səfirlik əməkdaşının həyatını itirdiyi açıqlanıb.

Tərcümə“24 SAAT”

Back to top button