Şri Lankanın qaçaq keçmiş prezidenti Rajapaksa ölkəsinə qayıdır

2022-09-02 23:49:47

Şri-Lankada iqtisadi böhranın dərinləşməsi səbəbindən başlayan etirazlardan sonra ölkəni tərk edən keçmiş prezident Qotabaya Rajapaksa ölkəsinə qayıdıb. Rajapaksanın gecə yarısı paytaxt Kolombodan 32 kilometr şimalda yerləşən Bandaranaike Beynəlxalq Hava Limanına eniş etdiyi öyrənilib. Şri-Lanka mətbuatında yer alan xəbərlərdə etirazlar zamanı sarayına basqın edildikdən sonra hərbi təyyarə ilə ölkədən qaçan Rajapaksanın Tailanddan Şri Lankaya dönəcəyi bildirilib. Rajapaksanın təhlükəsizlik baxımından hökumət tərəfindən verilən iqamətgahda qalacağı açıqlanıb.

O, ölkədən təyyarə ilə qaçıb

Şri Lankada başlayan iqtisadi böhrandan sonra başlayan etirazlarda keçmiş prezident Rajapaksa etirazların bir nömrəli hədəfi olub. Prezident sarayına basqın edildikdən sonra hərbi təyyarə ilə ölkəni tərk edən Rajapaksa əvvəlcə Maldiv adalarına, oradan da Sinqapura gedib. İstefa ərizəsini elektron poçtla Şri-Lanka parlamentinə göndərən Rajapaksanın siyasi sığınacaq almaq üçün nəhayət Taylandda olduğu açıqlanıb. Rajapaksa ölkəni tərk etdikdən sonra müvəqqəti dövlət başçısı olan baş nazir Ranil Vikremensinqhe ölkənin yeni dövlət başçısı seçilib.

Tərcümə“24 SAAT”

Back to top button