Süveyş kanalını bağlayan nəhəng gəmi bir neçə saat ərzində xilas edilib

Səlahiyyətlilər bu gün səhər saatlarında açıqlama verərək, 252 metr uzunluğundakı 64 min tonluq tankerin 2011-ci ilin martında quruya çıxan və kanal hərəkətini günlərlə dayandıran Evergiven gəmisinin olduğu yerə yaxın olduğunu bildiriblər.

Açıqlamada bu dəfə xilasetmə əməliyyatının uğurla keçdiyi və tankerin saatlar ərzində 5 yedək gəmisinin köməyi ilə suya salındığı vurğulanıb.

Süveyş kanalının dar sahəsinin cənub tərəfində quruya çıxan Affinity V tankeri Portuqaliyadan yola düşərək Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Yanbu limanına doğru hərəkət edirdi.

Dünya ticarətinin təxminən 2 faizi Asiya ilə Avropa arasında ən sürətli yol olan Süveyş kanalından keçir.

Tərcümə“24 SAAT”

Back to top button