Tayfun Cənubi Koreyanı vurdu… İnanılmaz anlar: Dayanacaqda boğuldular!

2022-09-07 12:08:10

Təxminən bir həftədir Asiyanın müxtəlif bölgələrinə təsir edən “Hinnamnor” qasırğası bu dəfə Cənubi Koreyanı vurub. Koreya Meteorologiya İdarəsi (KMA) bu ilin ən güclü qlobal qasırğası olan “Hinnamnor”un Busan şəhərinə doğru irəlilədiyini açıqlayıb.

Pohanq şəhərində yeraltı dayanacağa gedən xilasedicilər fəlakəti gözləri ilə görüblər.

CƏNİ KOREYAYA GÜÇLÜ YAĞIŞLAR YAĞIB

Pohang, paytaxt Seuldan təxminən 270 kilometr cənub-şərqdə yerləşən sahil şəhəridir.

Güclü yağışdan sonra 140 km/saat sürətlə əsən küləklərə səbəb olan Hinnamnor Pohangda demək olar ki, bütün supermarketləri, küçələri və ya dayanacaqları tamamilə su basdı və ölkənin ikinci ən böyük şəhəri olan Busan kimi şəhərlərdə digər böyük zərərlərə səbəb oldu.

Avqust ayında da tarixi yağışlar Seulun mərkəzindəki məhəllələri su basdı və 16 nəfər yarımzirzəmidə boğularaq öldü, o cümlədən üçü eyni ailədən.

Tayfun Cənubi Koreyanı vurdu... İnanılmaz anlar: Dayanacaqda boğularaq öldülər

DƏHŞƏTLİ TALEYİ YAŞADILAR!

“Hinnamnor” tayfunu keçərkən su basmış yeraltı dayanacaqda sıxışan insanlar ağlasığmaz fəlakətlə üzləşiblər.

Bildirilib ki, tayfunun səbəb olduğu güclü yağışlar nəticəsində daşqın olduğu üçün 9 nəfər dünən səhər tezdən avtomobillərini yaşayış kompleksinin dayanacağından çıxarmaq üçün enib.

Lakin dayanacağa düşən insanlar təəssüf ki, gecikiblər və qəfildən sel suları dayanacağa dolanda həmin insanlar sel sularına düşüblər.

CƏMİ 10 İNSAN HƏYATINI İTİRİR

Ölkənin cənub-şərqindən keçən Cənubi Koreyanı vuran ən güclü tayfun olan “Hinnamnor” səbəbindən on nəfər ölüb, iki nəfər itkin düşüb.

Nəqliyyat vasitələrini çıxarmaq üçün mənzil rəhbərliyi tərəfindən xəbərdarlıq edilən mənzil sakinləri getdikləri dayanacaqda ilişib qalıblar.

Tayfun Cənubi Koreyanı vurdu... İnanılmaz anlar: Dayanacaqda boğularaq öldülər

Xilasetmə qrupları hadisə yerinə göndərildikdən sonra səlahiyyətlilər dayanacaqda sıxışan 2 nəfərin xilas edildiyini, 7 nəfərin həyatını itirdiyini bildirib.

SON DƏFƏ İKİ NƏFƏR XİLAT ETDİ

Xilasedicilər daha çox sıxılmış ola biləcək insanların tapılacağını gözləmədiklərini desələr də, dayanacağı boşaltmağa davam ediblər.

Cənubi Koreyanın Yonhap xəbər agentliyinin məlumatına görə, sağ qalan 39 yaşlı kişi və 52 yaşlı qadın 12 saatdan çox qapalı vəziyyətdə qaldıqdan sonra xilas edilib.

Ölənlərdən birinin 66 yaşlı qadın olduğu açıqlanıb.

Tərcümə“24 SAAT”

Back to top button