TikTok-un populyar trendi işləyirmi?

TikTok sosial media platforması paylaşdığı sağlamlıq və gözəllik trendləri ilə gündəmdən düşmür. Bunlardan biri də son zamanlar sosial şəbəkələrdə tez-tez təklif olunan “daxili duş”dur. “Daxili duş” və ya “visseral duş” olaraq da adlandırılan bu detoks içkisi arıqlamaq istəyənlər və həzm problemi olanlar üçün tövsiyə olunur.

NECƏ ETMƏLİ?

Sizə lazım olan 3 material var:

Çia toxumu, limon və içməli su Bir stəkan suya 2 xörək qaşığı çia toxumu əlavə edin və üzərinə yarım limonun suyunu əlavə edin və stəkanı ilıq su ilə doldurun. Çia toxumlarının gelləşməsi üçün təxminən 10 dəqiqə gözləyin. Bu detoks suyunu acqarına içmək məsləhətdir.

Diyetoloqların fikrincə, “daxili duş” əslində Meksika içkisi “Agua de Chia”ya bənzəyir.

iStock-1306165766

BU NƏ EDİR?

Çia toxumları yüksək lif ehtiva etdiyi üçün bağırsaq hərəkətliliyini artırmağa kömək edir. Bu detoks suyunun digər faydaları aşağıdakılardır;

  • Bağırsaqları tənzimləyir
  • Qəbizlik azalır
  • Kilo itkisini dəstəkləyir
  • şişkinliyi aradan qaldırır
  • Toksinləri çıxarır
  • Sərtlik təmin edir (Ntv)

Tərcümə“24 SAAT”

Back to top button