“Tramp Makronun cinsi həyatı haqqında məlumat əldə edib”

2022-09-01 08:21:16

AMERICAN Rolling Stones jurnalı keçmiş prezident Donald Trampın kəşfiyyat mənbələrindən Fransa prezidenti Emmanuel Makronun cinsi həyatı ilə bağlı məxfi məlumatlara malik olduğunu iddia edib. ABŞ-ın keçmiş prezidenti Donald Trampın səlahiyyət müddəti bitdikdən sonra Milli Arxivə təhvil vermədiyi və şəxsi mülkündə saxladığı gizli dövlət sənədləri arasında Fransa prezidenti Emmanuel Makronun cinsi həyatı ilə bağlı məlumatların olduğu da iddia edilib. FTB (Federal Təhqiqat Bürosu) Trampın keçən həftə Floridadakı Mar-a-Laqo malikanəsinə basqın zamanı 184 məxfi sənədin ələ keçirildiyini açıqlayıb.

‘ÖVNƏNƏN DEYİL’

American Rolling Stones-un məlumatına görə, Paris və Vaşinqtondakı rəsmilər Trampın mülkündə ələ keçirilən sənədlərdə “info re: France President” adı ilə şifrələnmiş sənəddə nə olduğu barədə fərziyyələr irəli sürüblər. Mövzu ilə bağlı iki rəsminin sözlərinə görə, sözügedən sənəddə Emmanuel Makronun cinsi həyatı ilə bağlı məxfi detalların olduğu və bu detalların kəşfiyyat brifinqlərindən əldə edildiyi bildirilib. Trampın xüsusilə Ağ Evdə olduğu müddətdə və sonra ən yaxın dostlarından bəzilərinə Makronun cinsi həyatı ilə bağlı məlumatı olduğunu dediyi bildirilir. İddia edilir ki, Tramp bunu kəşfiyyat mənbələri sayəsində öyrəndiyi ilə “öyünür”.

Lakin sənəddə Makronun şəxsi həyatı ilə bağlı məlumatların olub-olmadığı hələlik məlum deyil. Rolling Stones də Makron haqqında olduğu düşünülən məlumatların “məxfi” kateqoriyasına daxil olub-olmadığını təsdiq edə bilməyib. Bununla belə, hesabatda hətta sənədin mövcudluğunun “trans-Atlantik qorxuya səbəb olduğu” ifadə edildi. Qeyd olunub ki, ABŞ və Fransa rəsmiləri Trampın Makron və Fransa hökuməti ilə bağlı hər hansı əhəmiyyətli məlumatı olub-olmadığını araşdırır.

Tərcümə“24 SAAT”

Back to top button