Tvit dəyişdirilə bilər

2022-09-03 08:00:29

Dünyanın ən böyük sosial media platformalarından biri olan Twitter, tvitləri redaktə etmək və dəyişdirmək imkanı verən yeni funksiyanı açıqlayıb. Önümüzdəki həftələrdə tətbiq olunacaq “Tweet Edit” funksiyası ilə tvitlər dərc edildikdən sonra 30 dəqiqə ərzində redaktə edilə bilər. İllərdir istifadəçilər tərəfindən gözlənilən bu xüsusiyyət hazırda Twitter əməkdaşları ilə sınaqdan keçirilir. Növbəti mərhələdə “Twitter Blue” abunəçilərinə “Tweet redaktə et” funksiyası təklif olunacaq. Redaktə seçiminin bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələlik məlum deyil.

237 MİLYON İSTİFADƏÇİ

Mövzu ilə bağlı şirkətdən verilən açıqlamada, redaktə edilən tvitlərdə hashtag olacağı və orijinal tvitin dəyişdirildiyini oxucuların açıq şəkildə görəcəyi bildirilib. “Bu xüsusiyyət ilə ümid edirik ki, tvit yazmaqla özünüzü daha əlçatan və daha az stresli hiss edəcəksiniz” dedi. 2006-cı ildə qurulan və təxminən 237 milyon istifadəçisi olan platforma, demək olar ki, yarandığı ilk gündən istifadəçilərdən “tweet redaktə etmək” üçün müraciətlər alır. 2017-ci ildə 140 simvol limitini 280-ə yüksəldərək tətbiqdə inqilab edən Twitter, ən son xüsusiyyəti ilə istifadəçilərin tvitlərinin arzuolunmaz nəticələrinin qarşısını almaq üçün imkan yaratmaq istəyir.

Tərcümə“24 SAAT”

Back to top button