Ukrayna irəliləyir Rusiya geri çəkilir

2022-09-13 08:31:24

Son bir həftədə irili-xırdalı 50 yaşayış məntəqəsində Ukrayna bayrağı yenidən ucaldılıb ki, bu da aylardır diqqətlə hazırlanmış planın nəticəsidir. Yayın ortalarından, ABŞ istehsalı olan uzaqmənzilli raket sistemləri Ukraynaya çatmağa başlayandan, Ukrayna müntəzəm olaraq Rusiyanın logistika xətlərinə zərbələr endirirdi. Rusiya cənub şəhərlərində və şərqdə sürətlə irəlilədiyi halda, Kiyev onunla qarşı-qarşıya qalmamaq əvəzinə, Rusiya şəhərlərindəki yanacaq anbarları və Krımdakı sursat anbarları kimi strateji hədəfləri vurmağı üstün tutdu. Xüsusilə iyul ayının sonundan etibarən raketlərlə yanaşı, SİHA və sui-qəsd qruplarından istifadə edilən hücumlar da tez-tez baş verir. Eyni zamanda, Ukrayna hərbçiləri cənubda Dnepr çayı üzərindəki körpüləri partladıb, rus əsgərlərinin təchizat xətlərini kəsiblər. Təxminən ay yarım davam edən bu hazırlıqdan sonra Ukrayna ordusunun cənubdan və şərqdən eyni vaxtda əks hücumu başlayıb.

RUSİYA ÇƏKİLMƏSİ 90 KM

Quru əməliyyatında Ukraynanın Qərb artilleriyası Rusiya artilleriyasına nisbətən bir sıra üstünlüyü təmin edərək irəliləməyi asanlaşdırdı. Bu məqamda Rusiya şərqdə geri çəkildiyini etiraf etdi və bunun “yenidən təşkilatlanma” üçün taktiki bir addım olduğunu müdafiə etdi. Lakin Ukrayna ordusu cəbhəni 90 km irəli çəkə bildiyi halda, sahədən görüntülərə görə, ruslar bir çox nöqtələrdə ağır silahlarını geridə qoyublar. Bu, geri çəkilmənin Moskvanın iddia etdiyi kimi planlaşdırılmaya biləcəyi iddialarına gətirib çıxarır. Kiyev son 24 saat ərzində İzyum şəhəri də daxil olmaqla 20 yaşayış məntəqəsini geri aldıqlarını açıqlayıb.

STRATEJİ ŞƏHƏR ƏL DƏYİŞDİ

Donbasın şimalında Luqanskı ələ keçirən Rusiya, İzyumdan bir qədər aşağıda yerləşən Donetsk bölgəsini ələ keçirmək üçün logistik baza kimi istifadə edəcək. 20 minlik rus əsgəri mühasirəyə düşməmək üçün şəhəri tərk etdi. Regional qubernator Sergey Qayday deyib ki, “Xarkov Rusiya sərhədinə qədər ilhaqçılardan tamamilə təmizlənib. Bir çox yerlərdə ruslar heç döyüşmədən geri çəkildilər. “Əməliyyat Luqanskın separatçılardan təmizlənməsinə başlayacaq. Kiyevin məlumatına görə, təkcə bu ay geri alınan ərazilərin ümumi ölçüsü 3000 km-dən artıqdır, cənubda yerləşən Xersonda isə 500 kvadrat km ərazi geri alınıb.

RUSLAR ELEKTRİK İNFRASTRUKTURUNU VURDULAR

Cəbhədə yaxın məsafədən toqquşmalarda məğlub olan Rusiya ordusu ötən gecə taktikasını dəyişərək Qara dənizdəki döyüş gəmilərindən atılan raketlərlə Donetsk başda olmaqla Xarkovdakı elektrik və istilik infrastrukturunu hədəfə alıb. Xarkovda elektrik enerjisi istehsalının dayandırılması ilə ölkənin cənub-şərqində yaşayan 9 milyon insan birdən-birə işıqsız və susuz qaldı. Metro xidmətləri də dayanıb. Prezident Vladimir Zelenski deyib: “Rusiya hərbi hədəfləri deyil, elektrik infrastrukturunu vurur. Bu barbarlıqdır”, – deyə o, reaksiya verib.

RUSİYA SƏFİRİ: ALMANİYA İNDİ DÜŞMƏNDİR

Cəbhədə itkilər verən Moskva ABŞ-dan sonra Almaniyanı da düşmənlər siyahısına əlavə etdi. Rusiyanın Berlindəki səfiri Sergey Neçayev sərt açıqlama verərək, “Almaniya hökuməti Ukraynaya hücum silahları göndərməklə bizim qırmızı xətlərimizi keçdi. Onlar bizim düşmənimiz oldular”, – deyə o bildirib.

KREMLİN SARAYI: PUTİNİN XƏBƏRİ VAR

Kremldən verilən açıqlamada, əməliyyatın “əvvəlində qarşıya qoyulan hədəflərə çatana qədər davam edəcəyi” bildirilib. Mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinin cəbhədəki hadisələrdən xəbərdar olub-olmadığını soruşduqda, “Əlbəttə. Prezident Putin komandirlərlə daim əlaqə saxlayır. O, hadisələri dəqiqə-dəqiqə izləyir”.

Tərcümə“24 SAAT”

Back to top button