Ukrayna müharibəsində son vəziyyət: Rusiyadan görüntülər… Partlayış anı kamerada!

Daha çox oxu

Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir…

Son günlər Xarkov istiqamətində toqquşmalar intensivləşib. Ukrayna şəhəri geri almaq üçün əks-hücumlarını davam etdirərkən, Rusiya Ukrayna şəhərlərini raketlərlə vurmağa davam edir.

Rusiya “İsgəndər” raketləri ilə Ukraynanı hədəfə alarkən, Belqorodda ani bir inkişaf yaşandı.

Rusiyanın Ukraynadan 40, Xarkov şəhərindən 80 kilometr aralıda yerləşən Belqorod şəhərində silsilə partlayışlar baş verib.

İngilis Daily Mail qəzetində yer alan xəbərə görə, dünən gecə sərhəddəki Belqorod şəhərindən atılan Rusiya raketi səhvən Rusiya torpaqlarına düşüb.

Daha çox oxu

Telegram-da yayımlanan görüntülərdə rus raketinin şəhərdəki yaşayış binalarının yanına düşdüyü görülüb.

Qəza nəticəsində insan itkisinin olub-olmadığı məlum deyil.

Şəhərin sərhədə yaxın olması və Rusiya sursatlarının əsas anbarı olması səbəbindən tez-tez hücum xəbərləri ilə gündəmə gəlir.

Ukrayna müharibəsində son vəziyyət: Rusiyadan görüntülər... Partlayış anı kameradadır

Ötən aylarda şəhərdə baş verən partlayışlar nəticəsində 3 nəfər ölüb.

Telegram-da açıqlamalar verən qubernator bildirib ki, ən azı 11 mənzil və 39 evə ziyan dəyib, beş ev isə tamamilə dağılıb.

İki həftə əvvəl Belqorod vilayətinin iki kəndi silah anbarında baş verən güclü yanğından sonra boşaldılıb.

Tərcümə“24 SAAT”

Back to top button