Vyetnamda dəhşətli yanğın: ölənlərin sayı 23-ə çatıb

2022-09-07 14:38:49

Vyetnamın Bin Duonq əyalətində karaoke barda yanğın baş verib.

Yanğın nəticəsində ölənlərin sayı 23-ə çatıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və ilk yardım qrupları göndərildikdən sonra yanğın nəzarət altına alınıb, səlahiyyətlilər isə onlarla yaralının olduğunu bildirib.

Ölkə mətbuatında yer alan xəbərə görə, hadisə ilə bağlı araşdırma başladılıb.

Ötən ay Hanoyda başqa bir karaoke barda baş verən yanğında 3 yanğınsöndürən həlak olmuşdu.

Tərcümə“24 SAAT”

Back to top button