Vyetnamda karaoke barında yanğın: 32 nəfər ölüb

2022-09-08 08:00:33

Bildirilib ki, çərşənbə axşamı gecə saatlarında ikinci mərtəbədə baş verən yanğın binanı bürüyüb, tüstü və alov pilləkənləri və qəza çıxışını bağlayıb, insanlar eyvandan atılaraq xilas olmağa çalışıblar.

Ho Chi Minh şəhərinin şimalındakı Thuan An şəhərindəki barda baş verən yanğından sonra dağıntıların təmizlənməsi davam edir. Ehtimal olunur ki, yanğına elektrik qurğusunda baş verən qısaqapanma səbəb olub. Bildirilir ki, taxta daxili üzlük alovlandığından yanğın qısa müddətdə binanı bürüyüb.

Tərcümə“24 SAAT”

Back to top button