Xəstəliyi başlamadan bitirir! Budur təbii resept

Sağlamlıq sahəsində ən çox danışılan mövzu keçməyən öskürəkdir. Xəstəlik keçdikdən sonra da davam edən öskürək tutmaları insanları yorğunlaşdırıb. Mütəxəssislər bir aydan çox davam edən öskürək hücumlarını təhlükəli adlandırırlar.

ƏN SƏMƏRƏLİ ÜSUL

Davamlı öskürək və ya yuxarı tənəffüs yollarının hər hansı bir xəstəliyi ilə mübarizə aparmağın ən təsirli yollarından biri isti və ya ilıq su istehlak edərək boğazı isti saxlamaqdır. Qrip virusu və astma davamlı öskürək problemini tətikləyən ən böyük faktorlar kimi göstərilir.

XƏSTƏLİKƏ QARŞI TƏBİİ RESEPT

Əgər boğazınızda qıdıq varsa və xəstələnəcəyinizi hiss edirsinizsə, aşağıdakı qarışığı sınaya bilərsiniz. bir stəkan qaynar su; 2 xörək qaşığı bal, 2 xörək qaşığı sirkə, bir çimdik darçın və 2 xörək qaşığı limon suyu əlavə edib qarışdırın. Bu qarışıq bir saat ərzində təsirini göstərəcəkdir.

iStock-1001133454

Qrip və astma kimi yuxarı tənəffüs yolları xəstəlikləri üçün ən qısa zamanda həkiminizə müraciət etməyi laqeyd yanaşmayın.

Tərcümə“24 SAAT”

Back to top button