Yaponiyada pilot qayığı dalğaqırana çırpılıb: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

2022-09-04 11:50:59

Yaponiyanın Kobe şəhərindəki Meriken parkı sahillərində pilot qayıq naməlum səbəbdən dalğaqırana çırpılıb.

Yerli vaxtla saat 03:00 radələrində baş verən qəzada 5 ekipaj üzvündən 2-nin qəzanın təsirindən öldüyü, 3-nün isə yaralandığı açıqlanıb.

Burnu ciddi zədələnən qayıq yedəklə limana aparılıb. Toqquşma zamanı şəxsi heyətin heç birinin dənizə düşmədiyi bildirilib və qəzanın şiddətindən qayıqda olan bütün heyətin xəsarət aldığı və xəstəxanaya göndərildiyi qeyd edilib.

Yaponiya Sahil Mühafizəsi qəzanın səbəbini müəyyən etmək üçün ətraflı araşdırmaya başlayıb.

Tərcümə“24 SAAT”

Back to top button