Zəlzələ deputatlar zəlzələ vergisini müzakirə edərkən baş verib

2022-09-04 08:00:29

Tərəqqiçi Vətəndaşlar Partiyasının millət vəkili Bettina Petzold-Mahr 4,1 bal gücündə zəlzələ baş verərkən, güclü silkələnmə zamanı binalara dəyən zərərin dərəcəsini açıqlayıb. Bettina Petzold-Mahr və bəzi digər deputatlar vəziyyəti təəccüb və təbəssümlə qarşıladılar. Saniyələr sonra ikinci və daha böyük bir təkan oldu. Bunun üzərinə parlament sədri Albert Frik iclası 15 dəqiqə yarımçıq dayandıraraq zalın boşaldılmasını tələb edib.

Xəsarət və maddi ziyana səbəb olmayan zəlzələ Avstriya, İsveçrə və Almaniyanın bəzi bölgələrində də hiss olunub. Mərkəzi Avropanın cənub-qərbində alman dilli mikrodövlət olan Lixtenşteynin cəmi 39.000 əhalisi var. Təxminən 160 min 500 kvadratmetr ərazisi olan ölkə ABŞ-ın paytaxtı Vaşinqtondan da kiçikdir.

Tərcümə“24 SAAT”

Back to top button