2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətManşetXəbərlər

Yeni 10 manatlıq pul nişanları daxil edilir – VİDEO

”Pul nişanının təhlükəsizlik elementləri təkmilləşdirilib”

Azərbaycan Mərkəzi Bankı martın 18-dən dövriyyəyə yeni 10 manatlıq pul nişanlarının buraxıldığını elan edib.

Mərkəzi Bank bildirib ki, yeni pul nişanı təkmilləşdirilib və mühafizə elementləri müasirləşdirilərək daha yüksək standartlara uyğulaşdırılması həyata keçirilib.

Pul nişanının dizaynı Azərbaycan tarixinə həsr edilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Yenilənmiş pul nişanında əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb.

Pul nişanının ön tərəfində

Qız qalasının təsvirini, hərəkət edən dalğaları,

rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD)

yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür. Eyni zamanda, banknotun ön tərəfində İçəri şəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.

10 manat

10 manat

Pul nişanının arxa tərəfində isə üzərində işıqda görünən “10” rəqəmi və “AMB” yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində “10 AZN” yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib”.

Mühafizə sistemi üçün mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub.

Yenilənmiş 10 manatlıq pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button