2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Yeni baş nazirdən siqaretlə bağlı QƏRAR

Tütün məmulatlarının zərərli təsiri ilə bağlı mövzular tədris proqramlarına daxil ediləcək, məsləhət üçün “Qaynar xətt” yaradılacaq

Nazirlər Kabineti “Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları”nın təsdiq edib.

APA-nın məlumatına görə, bu sənəd tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətlərini və üsullarını müəyyən edir.

Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri aşağıdakılardır:

Saytların yığılması Saytlarin yigilmasi

– tütündən istifadənin insan sağlamlığına zərərli təsiri barədə təbliğat aparılması;

– əhali arasında tütündən istifadəyə neqativ münasibətin formalaşdırılması;

– sağlam həyat tərzi sürməyin üstünlüklərinin əhali arasında təbliği, belə seçim edən şəxslərin sayının artırılması, onların həvəsləndirilməsi və bu seçimin digər insanlara nümunə olaraq göstərilməsi;

– sağlam həyat tərzinə, ziyanlı vərdişlərdən asılılığın profilaktikasına yönəldilmiş məlumatlandırıcı-maarifləndirici və təbliğat tədbirlərinin tədrisi;

– tütündən istifadənin nəticələrindən qorunma ilə bağlı tibbi xarakterli və digər biliklərin əhali arasında yayılması;

– tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın müalicəsinə marağın artırılması.

Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin aşağıdakı üsulları müəyyən edilir:

– tütün məmulatlarının zərərli təsiri ilə bağlı mövzuların tədris proqramlarına daxil edilməsi;

– tütündən istifadənin dayandırılması, tütündən istifadəyə mənfi münasibətin formalaşdırılması məqsədi ilə əhali üçün nəzərdə tutulmuş müvafiq konsultativ (məsləhət) xidmətin təşkili və “Qaynar xətt”in yaradılması;

– kütləvi informasiya vasitələrində, o cümlədən internet informasiya ehtiyatında tütündən istifadənin zərəri ilə bağlı təbliğat xarakterli məlumatların yayılması;

– tütün əleyhinə sosial reklamların yayımlanması;

– mobil rabitə abonentlərinə məlumatlandırıcı xəbərdarlıq mesajlarının göndərilməsi;

– tütün əleyhinə təbliğat xarakterli və maarifləndirici kütləvi aksiya və tədbirlərin (xüsusilə, 31 may – Ümumdünya Tütünlə mübarizə günü) keçirilməsi;

– tütün məmulatlarının qutuları üzərində tütündən istifadədən çəkindirici xəbərdarlıqların yerləşdirilməsi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button