2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Yeni Çağ”ın rəhbərindən jurnalistin qanunsuz cərimələnməsinə reaksiya

“Səxavət Məmmədi Vətəninə, millətinə və Azərbaycan Ordusuna bağlı jurnalist kimi tanıyırıq…”

Hərbi jurnalist Səxavət Məmməd Baş Prokurorluğa dəvət edilib, Xətayi Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə ittiham edilərək 500 manat cərimə olunub.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər məsələ ilə bağlı münasibətini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Açıqlamanı təqdim edirik:

“Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini bütün dünyaya göstərdi, müzəffər Ordumuz millət olaraq başımızı uca etdi.

Ancaq bununla belə, sirr deyil ki, hazırda Azərbaycan Ordusunda təcili aradan qaldırılması vacib olan müəyyən nöqsanlar var. Bunu daha yaxşı bilənlər isə ölkəmizdə bir əlin barmaq sayını keçməyəcək sayda olan hərbi jurnalistlərdir. Əlbəttə, könül istərdi ki, Ordudakı nöqsanlar ən qısa müddətdə aradan qaldırılsın, ordumuzla bağlı hər şey şəffaf olsun. Bildiyimiz qədərilə, artıq orduda islahat prosesi də getməkdədir.

Eyni zamanda, qeyd etməliyəm ki, hərbi jurnalist Səxavət Məmmədi Vətəninə, millətinə və Azərbaycan Ordusuna bağlı jurnalist kimi tanıyır, hər zaman onun peşəkar fəaliyyətini dəstəkləyirik. Səxavət Məmmədin bu günədək hərbi jurnalist kimi hazırladığı yazılar, apardığı araşdırmalar Azərbaycan Ordusunun salnaməsidir. Heç şübhəsiz, Səxavət Məmmədin bu mövzudakı tənqidi materiallarında da əsas məqsəd ordu idarəetməsinin şəffaflaşdırılması, problemlərin həlli və nöqsanların aradan qaldırılmasına dəstək olmaqdır. Ancaq istənilən halda bu barədə daha təmkinli olmasını biz də tövsiyə edirik. Hesab edirik ki, barəsində çıxarılan qərarla bağlı hüquqi yola baş vuraraq ona etiraz etməsi, apelyasiya şikayəti verməsi də Səxavət Məmmədin haqqıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button