2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Yeni dərs ili başladı

Sentyabrın 15-də yeni tədris ili başlayıb. 2017-2018-ci tədris ilində ümumtəhsil məktəblərində 164 min 945 şagird birinci sinfə gedir. On birinci sinif şagirdlərinin sayı isə 87 min nəfərdir. Ölkədə 4 min 457 ümumtəhsil məktəbi fəaliyyət göstərir, bu müəssisələrdə 1 milyon 455 min 49 nəfər təhsil alır.

Bu il 71 məktəb tikilib, 12 ümumtəhsil müəssisəsində əsaslı təmir aparılıb, 460 məktəbdə cari təmir işləri görülüb, 24-də işlər davam etdirilir.

Saytların yığılması Saytlarin yigilmasi

241 adda 4 milyon 563 min 416 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilərək yerlərə çatdırılıb.

Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə 4 minə yaxın namizəd müəllim adı qazanıb. Onlardan 651-i Bakıdakı məktəblərdə müvafiq işlə təmin edilib. Tətbiq olunan yeniliyə əsasən, müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək. Dövlət başçısının 23 avqust 2017-ci il sərəncamı ilə onların əməkhaqqı gələn ilin yanvarından orta hesabla 30-40 faiz artımla ödəniləcək.

2017-ci ildə 500-dən yuxarı bal toplayan 1300 abituriyent müəllimlik ixtisasını seçib. Ümumilikdə son dörd ildə tələbələrin sayı 11,6 faiz artıb. Bu il qəbul imtahanlarında abituriyentlərdən 36 min 428-i tələbə adını qazanıb. 42 ali təhsil ocağının 5-də plan yerləri 100 faiz dolub. Qəbul imtahanlarında 2 min 464 nəfər 600 baldan yuxarı nəticə göstərib. On beş abituriyent isə 700 bal toplayıb.

novator.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button