2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Yeni dəyişikliklər vəkilliyə ciddi zərbə olacaq

Vəkil Aqil Layıc qanunvericiliyə vəkillərlə bağlı yeni dəyişikliklər barədə fb səhifəsində münasibət bildirib:

Saytların yığılması Saytlarin yigilmasi

Nümayəndəlik instutunun ləğvinə dair mövqeyim çox neqativdir. Səbəblərini aşağıdakı kimi izah edirəm:

1) Bu disbalans yaradacaq. Yeni universitet bitirən tələbələrin təcrübəsi olmadan hüquq mühafizə orqanlarına işə qəbulu mümkündür, amma vəkillikdə mütləq qaydada 3 illik staj tələb olunması, daha perspektivli gənclərin istisnasız olaraq hüquq mühafizəsi orqanlarına yan almasına səbəb olacaq. Lakin hazırda həqiqətən də özünü müdafiə sahəsində görmək istəyən yüzlərcə gənc hüquqşunas məhz nümayəndəlik instutu ilə həm təcrücə qazanır, həm də maddi ehtiyaclarını qarşılayırlar. Onu da nəzərə alsaq ki, tələbələrin və məzun olan şəxslərin sosial təminatı demək olar ki, yoxdur, onlar məhz ilkin dönəmlərdə alternativ variant kimi nümayəndəliyə üz tuturlar ki, bu da onlara həm maddi, həm peşə yöndən təminat verir. Dəyişiklik olsa demək olar ki, hüquq mühafizə orqanlarına qaçmağın göstəricisi 90 faizdən yuxarı olacaq. Bu da əlbətdəki disbalans yaradacaq. Hüquq mühafizə orqanarına girənlərin çoxu vəkilliyə qayıtmaq istəmir, çünki onlar yaxşı bilirlər ki, bu ölkədə vəkilliyin sosial və inzibati resursu yoxdur və onlar daha yaxşı görürlər ki, vəkillər hər zaman qapı arxasında durmağa məcburdular, zəifdirlər və arxaları yoxdur. Həmdə disbalansın birbaşa kökündə duran məsələlərdən biri, yeni məzun olan şəxslərin vəkilliliyə 3 illik təcrübəyə görə çatımlı ola bilməməsidir. Bu kimi inzibati əngəlləri aradan qaldırmadan və uyğunlaşdırma aparmadan, birbaşa nümayəndəlik instutunu ləğv etmək köklün yanlışlığı ilə müşayət olunur. Məsələn, 3 illik təcrübə tələbini aradan qaldırmadan bunu etmək olmazdı.
2) Məhkəmə təsisatlarının və müdafiə hüququnun inkişaf etdiyi ölkələrdə nümayəndəlik institutu universitet qədər daha vacib institutdur ki, bu institut da yeni bu sahəyə atılan şəxslərin məhz akademik biliklərini praktiki biliklərə yönəltməsinə səbəb olur, boşluqların aradan qaldırılması üçün vacibdir və bu sferada püxtələşirlər. Təsəvvür edin, püxtələşməyən birinin birbaşa vəkil olması effekli olması nə dərəcədə doğrudur?! Mümkün görsənmir.
3) Məhkəmə effektliyini/obyektivliyini artırmaq üçün vəkillik və nümayəndəlik instutuna müdaxilə etmək, məhkəmə effektliyinə təsir etməyəcək qəti olaraq. Əksinə məhkəmə effektliyini artırmaqla vəkillik instutunu və nümayəndəlik təsisatını inkişaf etdirmək mümkündür. Birincinin effektlik göstəricisi ikincidən asılı deyil, əksinə ikincisin var olma səbəbi və fəaliyyət sferası birbaşa birinci ilə əlaqədardır. Adi misal, Bakı Ağır Cinayətlər Məhkəməsində vəkillərlə məhkəmənin effektliyini necə artırmaq olar? Mümkün deyil, məhkəmə özü effektiv vasitə olmadıqdan sonra bunu kimsə effektiv edə bilməz.
4)İşin faktiki vəziyyətinə baxdıqda və nisbət götürüldükdə, bu gün ölkədə hüquqi xidmət daha yaxşı nümayəndəlk instutu tərəfindən həyata keçirilir, nəinki vəkillər tərəfindən. Vəkillərin iştirakının məcbur olduqları işlərdə, vəkillərin adları sadəcə nominasiya xətrinə gedir və gördükləri iş sıfırın altındadır. Çünki sosial təminatları olmadıqları üçün vəkillər bu tip işlərdə maraqlı deyillər və əksər vəkillər səriştəsizdilər.
5) Hüquqşunasların kütləvi işsizliyinə gətirib çıxaracaq. Bu gün tanıdığım yüzlərlə gənc nümayəndəlik vasitəsilə özünün və hətda ailəsinin maddi təminatını yaxşılaşdırır və təmin edir ki, bu da dövləti əlavə yüklənmədən azad edir. Şəxsən mənin tanıdığım onlarla insan bu sahədə ailəsini baxır və ən azından dövlət üzərinə sosial-iqtisadi yük olmur.
6) Nümayəndəlik instutu ləğv edilsə, vəkillər məcbur olub qiymətləri qaldıracaqlar və az təminatlı ailələrin (əksəri bu qəbildəndir) əksəriyyəti öz hüquqlarını məhkəmədə özləri müdafiə etməli olacaq, bu isə işin əksinə səriştəsizlərin əlində olmasına gətirib çıxaracaq. Bu da əks effekt verməklə məhkəmədə işlərin uzanmasına gətirib çıxaracaq.
7) Vergidən yayınma halları çoxalacaq. Hazırda fəliyyət göstərən nümayəndələrin əksəriyyəti VÖEN və ya hüquqi şəxs yaratmaqla fəaliyyət göstərirlə. Nümayəndəlik instutu ləğv edilsə, həmin nümayəndələr iddia ərizələrini və ya hüquqi sənədləri tərtib etməklə, şifahi məsləhətlər verməklə xidmətlərini məhdudlaşdıracaqlar ki, bu da onların xidmətlərinin gizlədilməsinə zəmin yaradacaq və nəzarət mümkünsüz hala gələcək. Belə olan halda, onlar vergidən yayınmaqla fəaliyyətlərini arxa fonda davam etdirəcəklər. Amma indi nümayəndə ən azı prosesə çıxan zaman hakimlər onların vergidən yayının yayınmama məsələsi barədə aidiyyatı orqanlara müraciət edə bilər.
8) Bəzi müstəqil və ixtisaslaşmış hüquq təsisatları var ki, onların gördükləri işi bu ölkədə dövlət belə görməyib sözün müsbət mənasında. Onlar ən azı nümayəndəlik vasitəsilə aztəminatlı ailələrə pulsuz və keyfiyyətli xidmət göstərir, dövlətin imicinə xaricdə və daxildə müsbət qatqıda bulunurlar, həmçinin fəaliyyətləri nəticəsində ölkəyə pul axımına səbəb olurlar az da olsa. Onların gördükləri iş və müstəqilliklərini göz önündə tutan xarici təşkilatlar məhz onların gördükləri işin keyfiyyətini nəzərə alaq maliyyətləşdirirlər. Bu yenə də ölkəyə siyasi və iqtisadi mənada müsbət təsir edir. Məsələn- vətəşdanşızlıq hallarının aradan qaldırılması və miqrasiya məsələlərinə dair, əcnəbilərin məcburi əməyiə cəlb edilməsinə dair bəzi təsisatlar tanıyıram ki, onların gördükləri işləri vəkillər görə bilməzlər və ya buna maraqlı deyillər.
9) Bəzi spesifik sahələr var ki, onların işində barmaqla sayılacaq vəkillər çıxır və onların beynəlxalq səviyyədə ədalətinin bərpa olunması üçün məhz həmin nümayəndələr effektiv fəaliyyət göstərir. Məsələn Avropa İnsan Hüquqları Məhkəməsinə kütləfi şikayətlər edən və müdafiə mexanizmini quran məhz həmin qəbildən olan nümayəndələr və müstəqilliklərinə görə vəkillikdən azad edlmiş eks vəkil-nümayəndələrdir. Mən əmin edə bilərəm ki, bu gün müdafiə hüququ sahəsində onların gördükləri iş daha faydalıdır, nəinki nominasiyalı vəkillərin.
10) İnhisarı dərinləşdirəcək, hüquq şirkətlərinin rəqabət qabiliyyətinə təsir edəcək. Vəkillər daha çox inzibati resursdan istifadə edə bilmək üçün inzibati arxalı hüquq şirkətlərinə yan alacaqlar.
12) Vəkillərin daha sözəbaxan, dırnaqarası loyallığına gətirib çıxaracaqdır. Vəkil olan şəxslər siyasi işlərdə müdafiədən çəkinəcəklər, onlar artıq hiss edəcəklər ki, vəkillikdən çıxarılsa nümayəndəliklə məşğul ola bilməyəcəklər, bu isə onların daha loyallığına gətirib çıxaracaq ki, çörəksiz qalmasınlar. Effektliyi artırmaq istəyirlərsə hüquqşunas olmayan nümayəndələri yığışdırsınlar. Notariuslar hüquqşunas olmayan nümayəndələrə müdafiə üçün etibarnamə verməsinlər və məhkəmə də bunu yoxlasın.

P.S. Mənə maraqlı olan tərəfi məhkəmələrin yüksək keyfiyyətli hüquqi yardımla bağlı nümayəndəliyin ləğvini gündəmə gətirməsidir və Kollegiyanın deyil. Axı müdafiə hüququ sahəsində publik funksiya Kollegiyaya aiddir, məhkəmələrə deyil.
Adi statistikaya nəzər yetirin- 2015-ci ildə Azərbaycanda prokurorluq orqanları tərəfindən verilmiş təqdimatlar əsasında ümumilikdə şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbs növündə qətimkan tədbirinin uzadılmasına dair birinci instansiya məhkəmələri tərəfindən 9580 qərar qəbul edilib və həmin qərarların cəmi 266-sından (2.7 %) vəkillər şikayət verib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button