2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Yeni il ərəfəsində Kiyev səmasında 23 nədəf vurulub

Yeni il ərəfəsində hava hücumundan müdafiə qüvvələri Kiyev səmasında 23 hədəfi vurub. Dnepr bölgəsində raket parçaları yolun hərəkət hissəsinə düşüb, xəsarət alan olmayıb. Yeni il ərəfəsində bütün Ukraynada hava xəbərdarlığı elan edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Kiyevdə 10-a yaxın partlayış olduğu bildirilir. Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, şəhərin üç rayonunda obyektlər vurulub. Solomenski rayonunda raket parçaları yaşayış binasına düşüb və bir nəfər ölüb.

O da qeyd olunur ki, Ukraynanın əksər bölgələrində şənbə günü hava hücumu xəbərdarlığı elan edilib. Rusiya hərbçiləri ölkəyə növbəti kütləvi raket hücumu həyata keçirib – raketlər gəmilərdən və bombardmançı təyyarələrdən atılıb. Bu, son üç gündə ikinci böyük raket hücumu hesab edilir.

Bu arada Ukraynanın müdafiə naziri Oleksey Reznikov rusiyalılara müraciət edərək növbəti səfərbərliklə bağlı tezliklə Rusiya sərhədlərinin bağlanacağını bildirib.

Rus dilində etdiyi müraciətində müdafiə naziri iddia edib ki, Yeni ildən bir həftə sonra Rusiya və Belarus sərhədlərini bağlayacaq və Rusiyada Ukrayna ilə müharibə üçün yeni səfərbərlik dalğası başlayacaq ki, bu daha böyük şəhərlərin sakinlərinə təsir edəcək.

Reznikov öz məlumatlarının mənbələrini açıqlamayıb. Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyada yeni səfərbərlik dalğasının yanvarın 5-dən başlaya biləcəyi barədə bəyanatlar vermişdi.

Rusiya rəsmiləri hələlik bu məlumata münasibət bildirməyib.

Bundan əvvəl Rusiya liderləri, o cümlədən prezident Vladimir Putin bildiriblər ki, yeni səfərbərlik dalğasına ehtiyac yoxdur.

Amma məlumatda vurğulanır ki, sentyabr ayında Rusiyada elan edilmiş qismən səfərbərlik haqqında fərman ləğv edilməyib və nəzəri olaraq səfərbərliyə çağırış istənilən vaxt bərpa oluna bilər.

“Əmin bilirəm ki, sizin bir həftəyə yaxın vaxtınız qalıb, halbuki hələ bir az seçim var. Yanvarın əvvəlində Rusiya hakimiyyəti kişilər üçün sərhədləri bağlayacaq, sonra hərbi vəziyyət elan edəcək və növbəti səfərbərlik dalğasına başlayacaq. Belarusda da sərhədlər bağlanacaq”, – Reznikov bildirib.

Ukraynanın müdafiə naziri bu çıxışı ilə rusiyalıları Moskvanın Ukraynada başladığı müharibədə iştirakdən çəkinməyə çağırıb.

Rusiya prezidenti Vladimir Putin fevralın 24-də Ukraynanın işğalını elan edərkən deyib ki, xüsusi əməliyyatda yalnız zabitlər və müqaviləli hərbçilər iştirak edəcək.

Sentyabrda isə cəbhədə Rusiya ordusu üçün bir sıra uğursuzluqlardan sonra Putin 300.000 nəfər üçün səfərbərlik çağırışı elan edib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button