24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Yeni il ərəfəsində pirotexnika alverçiləri saxlanılıb

Bakı/21.12.21 Yeni il ərəfəsində polis əhalinin rahatlığı və istirahətinə mane olan partlayıcı, tez alışan maddələrin və pirotexnika satışının qarşısının alınması üçün tədbirlər görür.

Belə faktlar əsasən Şabran və Quba rayonlarında aşkar edilib.

Belə ki, Şabranda polis əməkdaşları yerli sakin Telman Quliyevi saxlayıblar. Qubada isə hüquq-mühafizə orqanları yerli sakinlər Elmar Fərzəliyev və Tengiz Quliyevi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupu bildirib ki, saxlanılan şəxslər səs-küy yaradan pirotexnika cihazlarının satışının təşkilində ittiham olunurlar.

Həmin şəxslərin iş yerlərinə baxış zamanı pirotexniki qurğular aşkar edilərək götürülüb.

Şabran və Quba polis bölmələrində araşdırma aparılır.

Məlumatda qeyd olunur ki, polis orqanları pirotexnika, eləcə də yüksək səsli partlayıcı maddələrin və alışqan məhsulların satışını qeyri-qanuni təşkil edənlərə qarşı tədbirləri davam etdirəcəklər.06D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button