2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Yeni il atəşfəşanlığından imtina olunmalıdır”

Mirmahmud Mirəlioğu: “Bu anormallıq davam edcəksə, hakimiyyətin külünü vallahi-billahi göyə sovuracaqlar”

Bakı Şəhər İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə dekabrın 31-də saat 00.00-da Milli Parkda atəşfəşanlıq təşkil edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

 

Maraqlıdır, dekabrın 15-də Xəzər dənizində 10 neftçinin itkin düşməsi ilə nəticələnən qəza ilə bağlı axtarışların davam etdiyi, bütün ictimaiyyətin baş verən qəza ilə bağlı matəm içində olduğu bir zamanda belə bir atəşfəşanlıq keçirmək nə dərəcədə doğrudur? İndiki məqamda belə bir atəşfəşanlıqdan imtina etmək əxlaqi-mənəvi baxımdan daha düzgün olmazmı?
24saat.org-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu hazırkı situasiyada atəşfəşanlıq keçirməyin yanlış və ağılsızlıq göstərəcisi olduğunu vurğuladı:
“Belə bir atəşfəşanlığın keçirilməsi çox böyük yanlışlıqdır. Sadəcə ona görə yox ki, bizim itkin düşən dənizçilərimiz var. Ona görə ki, Azərbaycanda hazırkı durum, iqtisadi böhran diktə edir ki, Hacıbala müəllim özünü bir qədər yığışdırsın. Büdcəni bu cür tədbirlər sərf eləməsin. Bu anormallıq davam edcəksə, hakimiyyətin külünü vallahi-billahi göyə sovuracaqlar. Atəşfəşanlıqla bağlı verilən bu qərar Azərbaycanda ölkəni sağlam düşüncə tərzi ilə idarə edənlərin olmadığını göstərir.
Yollar bərbad vəziyyətdədir. Bakı-Binəqədi yolu acınacaqlı durumdadır. İnsanlar saatlarla yollarda qalır. Hacıbala müllim gedib o yolları düzəltsin. Azərbaycanın nəyinə, harasına yaraşır bu atəşfəşanlıq? Niyə belə bir atəşfəşanlıq keçirilməlidir? Bəlkə qələbə qazanmışıq xəbərimiz yoxdur?
Bu atəşfəşanlığın Xəzərin sahilində keçirilməsi planlaşdırılır. Bu atəşfəşanlıq neftçilərimizin, insanlarımızın tapılmayan meyidləri üzərində olacaq. Bəs bu ailələrin göz yaşları necə olacaq?
Əvvəllər bu atəşfəşanlıq harınlığın göstəricisi idisə, indi ağılsızlığın göstəricisidir”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button