2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Yeni il gecəsi restoranlar saat ikiyə qədər işləyəcək

Bakı/11.12.21 Azərbaycanda yeni il gecəsi ictimai iaşə obyektlərinə saat 00:00-dan 1 yanvar 2022-ci il saat 02:00-dək işləməyə icazə verilib. Bu barədə Nazirlər Kabinetinin xüsusi karantin rejimi çərçivəsində ictimai iaşə obyektlərinin fəaliyyətilə bağlı qərarında deyilir.

Restoran və kafelərdə yeni il tədbirlərində qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalıdır və  hər bir zalda otağın sahəsi nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

150-ə qədər qonağın iştirakı ilə keçirilən tədbirlərdə 18 yaşdan yuxarı bütün şəxslər COVİD-19-a qarşı vaksinin iki dozasının vurulması, yaxud immunitet və əks-göstəriş barədə  sertifikatlara malik olmalıdırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Xidmət personalı (musiqiçilər istisna olmaqla) üçün tibbi maskaların, əlcəklərin və digər fərdi qorunma vasitələrinin olması mütləqdir.

Tədbirin keçirildiyi yerin sahibi tədbirə minimum 5 gün qalmış icaze.e-gov.az portalında zallar, onların tutumu və xidmət personalı barədə məlumat verməlidir. 06Â-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button