Xəbərlər

‘Yeni klinika’nın direktoru həbs olunub

Bakıda “Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov həbs olunub. Bu barədə bu gün, aprelin 22-də Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Açıqlamaya görə, ayrı-ayrı koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicəsi məqsədilə onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat pul alınmasına əsaslı şübhələr yaranıb: “Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir”.

Habelə, bildirildiyinə görə, P.Abbasova köməklik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş bəzi şəxslərə də həmin məcəllənin 32.5, 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə ittiham verilib, onlar da tutulub.

Rəsmi açıqlamaya, orada yer alan ittihamlara, hələlik, həbs edilən şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

24 saat” “’Yeni klinika’nın direktoru həbs olunub” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button