2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Yeni korporasiya korrupsiya maraqları naminə yaradılır

Bu yaxınlarda dövlət başçısı İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman verib.

Fərmanda bu müəssisənin yaradılması belə əsaslandırılırdı:”

Dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılsın.

Saytların yığılması Saytlarin yigilmasi

İqtisadçı Qubad İbadoğluna yeni müəssisənin ölkə iqtisadiyyatı üçün nə dərəcədə faydalı ola biləcəyi haqqında sualla müraciət etdik. Sualımıza cavab olaraq Qubad İbadoğlu dedi:”

Əslində mən dövlətin belə iri müəssisələr yaratmasının sahibkarlığa və sənayeləşməyə dəstək deyil, əngəl kimi qiymətləndirir, bu tip təşəbbüsləri korrupsiya marağı ilə əlaqələndirirəm. Dövlətin yaxşı menecer olmadığı çoxdan sübuta yetirilib. Əksinə mən hesab edirəm ki, hazırda mövcud olan iri dövlət müəssisələri Azərenerji, Azərişıq, Azərsu, Azal, Kaspar, Aztelekom kimi müəssisələr investisiya müsabiqıləri və fərdi layihələr əasasında özəlləşdirməyə açılmalıdır ki, orda sağlamalaşdırma işləri başlasın və səmərəli menecment sistemi qurlsun. Bununla da dövlət həm həmin müəsisələri subsidiyalaşdırmaqdan və həm də onların əvəzinə xarici borcu ödəməkdən xilas olsun”
Qubad İbadoğlu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button