2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

‘Yeni məhkəmə rüsumları və cərimələr əhalinin gəliri ilə uzlaşmır’   

Parlamentin iyunun 25-də keçiriləcək plenar iclasında “Dövlət rüsumu haqqında” Qanuna və Mülki Prosessual Məcəlləyə dəyişiklik edilməsinə dair qanun layihələri birinci oxunuşda müzakirə ediləcək.

Həmin düzəlişlərin müxtəsər məğzi aşağıdakı kimidir:

Saytların yığılması Saytlarin yigilmasi

– “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə edilən dəyişikliyə əsasən məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulan dövlət rüsumlarının miqdarı artırılır;

– Mülki Prosessual Məcəllənin 174-cü maddəsinə edilən dəyişikliyə əsasən məhkəmədə işə baxan hakim təqdir (diskresion) səlahiyyəti əsasında açıq-aşkar əssasız vəsatət və şikayət verən yaxud işin gedişatına maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manata kimi cərimələmək səlahiyyəti əldə edəcək.

Vətəndaş Hüquqları İnstitutunun (VHİ) rəhbəri Bəşir Süleymanlı AzadlıqRadiosuna deyir ki, yeni məhkəmə rüsumları və cərimələr ədalət mühakiməsi hüququnun təmin edilməsində problem yaradacaq.

Eyni zamanda o hesab edir ki, Azərbaycanda əhalinin maddi rifahı ilə təklif olunan dövlət rüsumları uzlaşmır. B.Süleymanlının söylədiyinə görə, dövlət rüsumunun ağlabatan səviyyədə tətbiqi ümumavropa standartıdır və o müəyyənləşdirilərkən əhalinin maddi rifah səviyyəsi nəzərə alınmalıdır.

Vəkil nə qazanır ki…

VHİ rəhbəri bildirir ki, 1000 manatdan 20000 manata qədər olan iddialar qiymətləndirilməyən iddialardır:

“Qiymətləndirilməyən iddialar üçün dövlət rüsumunun miqdarı 100 manat müəyyənləşdirilməsi planlaşdırılır. 1000 manatdan 10000 manata qədər qiymətləndirilən iddialar üçün artım o qədər əhəmiyyətli olmasa da, 10000 manatdan 20000 manata qədər olan iddialar üçün artım ağırdır”.

Süleymanlı Azərbaycanda orta aylıq gəlirin 343 manatla 707 manat arasında dəyişdiyini deyir:

“Nəzərə alsaq ki, məhkəmə işləri üçün həmçinin vəkil orderi və vəkilə etibarnamə verilməsi xərcləri daxildir (bu miqdar birinci instansiya məhkəməsi üçün 150 manat civarında olur), həmçinin vəkilin xidmət haqqı ödənilməlidir, bu halda dövlət rüsumlarının bu səviyyədə artırılması əhalinin əksəriyyətinin maddi rifahı ilə uzlaşmır. Hökumət qiymətləndirilməyən iddialar üçün çox yuxarı məbləğ təyin edib. Eləcə də 1000 manatdan 10000 manata qədər qiymətləndirilən iddialar və 10000 manatdan 20000 manata qədər qiymətləndirilən iddialar üçün nəzərdə tutulan məbləğdə əhali üçün əlavə yük yaradır”.

VHİ rəhbəri qanunvericiliyə təklif olunan bir düzəlişə də diqqət çəkir. Söhbət tərəfin və ya onun nümayəndəsinin və ya vəkilinin 500 manata qədər cərimələnməsindən gedir.

Azərbaycanda vəkillərin gəlirlərinin çox yuxarı olmadığını vurğulayan Bəşir Süleymanlı 500 manata kimi cərimələnmə riskinin onların fəaliyyəti üçün ciddi hədələyici effekt yaradacağını düşünür.

“Açıq-aşkar əsassızlıq” nə deməkdir?

O xatırladır ki, bu cərimələnmə “açıq-aşkar əsassız vəsatətlər və şikayətlər verildikdə yaxud işin gedişatına maneçilik yaradıldıqda” hakim tərəfindən diskresion səlahiyyət əsasında təyin edilə bilər:

“Amma layihədə “açıq-aşkar əsassız”lığın konkret meyarları, eləcə də “işin gedişatına mane olma”nın çərçivələri müəyyən edilməyib. Bundan əlavə, məhkəmə təcrübəsində belə meyarlar və çərçivələr dəqiqləşdirilməyib. Belə halda hakimlər tərəfindən vəkillik fəaliyyətindən legitim istifadəyə görə bu müddəadan sui-istifadə halları baş verə bilər. Qeyd edək ki, əvvəllər məhkəmələr vəkillər barəsində Vəkillər Kollegiyasına əsassız şikayətlər veriblər. Hazırda isə bu müddəadan vəkillərin əleyhinə sui-istifadə edə bilərlər”.

Buna görə də VHİ rəhbəri hesab edir ki, göstərilən hallar nəzərə alınaraq ya cərimənin miqdarı ağlabatan miqdarda təyin edilməli ya da yeni dəyişiklikdə göstərilən konseptlərin (açıq-aşkar əsassızlıq və işin gedişatına mane olma) meyarları daha konkret və aydın müəyyən edilməlidir.

Süleymanlı təklif edir ki, sözügedən qanun layihələrinin Milli Məclisin plenar iclasında müzakirəsi təxirə salınmalı və ictimai müzakirəyə çıxarılmalıdır. Bundan baqşa, dövlət rüsumunun ədalətli dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılmalı və rüsum dərəcələri məhkəmə işlərinin spesifikasına, sayına və əhalinin maddi imkanlarına uyğun hesablanmalıdır; məhkəmə cərimələrinin miqdarı daha aşağı və ağlabatan miqdarda müəyyən edilməlidir.

Milli Məclisdə müzakirəsi gözlənilən qanun layihələri hüquqşünaslar tərəfindən tənqid edilsə də, iyunun 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli komitənin iclasında bildirib ki, təklif olunan dəyişikliklər ölkədə məhkəmə-hüquq sistemində davam etdirilən islahatlarla əlaqədardır.

24 saat” “’Yeni məhkəmə rüsumları və cərimələr əhalinin gəliri ilə uzlaşmır’   ” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button