2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib – QİYMƏTİ

    OnePlus şirkəti OnePlus Nord 2T smartfon modelini təqdim edib. Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır. OnePlus Nord 2T modelinin tamamilə yeni prosessor əldə etməsinə baxmayaraq o, keçən ilki Nord 2-nin satış qiymətini qoruyub saxlayıb. Beləliklə smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.43 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Bundan əlavə olaraq smartfon özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir.

Saytların yığılması Saytlarin yigilmasi

    Əsas texniki göstəricilərə gəldikdə isə Nord 2T modeli MediaTek Dimensity 1300 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (optik stabilizasiya) + 8 MP (120 dərəcə bucaq əhatəsi) + 2 MP (monoxrom obyektiv) üçlü arxa kamera, 32 MP-lik (elektron stabilizasiya) ön kamera və 80 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nord 2T modeli OxygenOS 12.1 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon Avropa bazarında 24 may tarixində satışa çıxacaq. 8 GB RAM-a və 128 GB yaddaşa sahib model 399 avroya, 12 GB RAM-a və 256 GB yaddaşa sahib model isə 499 avroya satılacaq.

24 saat” “Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button