2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Yeni qanun layihəsi əlillərin həyatını yaxşılaşdıracaqmı?

***

Sual:Aydın bəy, qanunvericiliyə nəzərdə tutulan dəyişikliklər əsasən nələri nəzərdə tutur?

Cavab: Düşünürəm və inanıram ki, dəyişikliklər yaxşılığa doğrudur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklərə, saytda olan məlumat aşagıdaki kimidir:

Saytların yığılması Saytlarin yigilmasi

“3.3-1. Əlillik müddəti bitdikdən sonra 6  ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş  müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.”.

Bu da o deməkdir ki, əlilliyin müddəti bitdikdən sonra (6 ay ərzində), bu şəxsin əlilliyi təsdiq olunsa o bu 6 ay ərzində kəsilmiş müavinəti ala biləcək. Mən düşünürəm əlilliyi olan şəxslər və onların ailə üzvləri bunu bəyənəcəklər.

Mənim məlumatıma görə digər dəyişikliklər də müsbət tərəfədir. Burada bütün rəsmi sənədlərdə “əlil”, “şikəst”, “sağlamlıq imkanları məhdud” ifadələri aradan qaldırılacaq, onların əvəzinə (BMT-nin Konvensiyasına uyğun olaraq) “əlilliyi olan şəxs” termini tədbiq olunması, “ağlabatan uyğunlaşma” – terminin daha da ətraflı açıqlanması və s. bu kimi dəyişikliklər nəzərdə tutulub.

Sual: Qanuna dəyişikliklə əlaqədar əsas müzakirələr şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsi və əlilliyin müəyyən edilməsilə bağlı faiz dərəcələrinin təyin edilməsi ilə bağlıdır. Fikir ayrılıqlarına səbəb nədir?

Cavab: Sosial şəbəkələrdə və KİV-də şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsi və əlilliyin müəyyən edilməsilə bağlı faiz dərəcələrinin təyin edilməsi ilə bağlı çox sayda narazılıq və anlaşılmazlıqların olduğunu müşahidə edə bilərik. Lakin düşünürəm ki, səbəb bu haqda cəmiyyətin, ələlxüsus əlilliyi olan şəxslərin məlumatının az olmasıdır. Yaxşı olar ki, ƏƏSMN ətraflı açıqlama versin. Lakin beynəlxalq praktikada bu çoxdandır tətbiq olunur. Gəlin sizə bir misal gətirim, elə bu hadisə də bu yaxınlarda baş verib əslində, 3 nəfər vətəndaş dizdən aşağı ayaqlarını itiriblər. Səhv etmirəmsə üçünə də 3 qrup əlillik təyin ediblər. Lakin 1-cisi daban sümüyü qalmaq şərtilə topuqdan amputasiya olur (istər xüsusi protezlə və protezsiz, ayaqqabı geyinib sərbəst gəzə bilər), 2-ci topuqdan 1-2 sm yuxarı amputasiya olur, 3- cü dizdən 5 sm dən aşağı hissədən amputasiya olur. İndi siz mənə deyin görək bu ədalətli yanaşmadır? Üçüdə 3 cü qrupdur, eyni müavinət alır. Bu ədalətsizdir.

Həyat fünksiyalarıda müxtəlifdir. 1-ci protezi olmasa da gəzə bilir. 2-cisi protez olmadan gəzə bilməz, lakin protez olduqda demək olar ki, dizdən aşağı funksiyalarını cüzi itirsə də gəzməyində problem yaşanmır. Lakin 3-cü dizdən aşağı fünksiyaları tam itirmiş sayilır və hətta müəyyən hərəkətlər zamanı (qaçmaq, ağır yük qaldırmaq) protez ayaqdan çıxa bilər və həyat təhlükə yarada bilər. Düzdür, bu kobud müqayisədir. Lakin əyani göstərir ki, 1-2-3 qruplaşdırma əlilliyin

Sual: Qanuna dəyişikliyə görə artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq. Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq. Bu nə dərəcədə düzgün qərardır?

Cavab: Əlilliyin yeni bir şəxsin müəyyən bir əlillik dərəcəsinə görə qiymətləndirilməsi özünə xidmət etmək, müstəqil hərəkət etmək, istiqamətləndirmək, ünsiyyət qurmaq, davranışa nəzarət etmək, öyrənmək, işləmək qabiliyyətindən asılı olacaq. Bu sahədə ən qabaqcıl beynəlxalq təcrübələr təhlil edilib, Rusiya, Avstriya, Böyük Britaniya, ABŞ və Almaniyanın təcrübələri öyrənilib, Avropa İttifaqının “Fiziki və əqli əlilliklə bağlı reytinq dərəcəsi” sənədi araşdırılıb. Qeyd olunmuş ölkələr, eləcə də bir sıra dünya ölkələrində epidemiologiya, sağlamlığın idarə olunması və kliniki məqsədlər üçün Ümumdünya Səhiyyə Təşkilatının standart diaqnostik aləti olan Xəstəliklərin Beynəlxalq Təsnifatından (XBT) və Funksionallığın Beynəlxalq Təsnifatından (FBT) geniş istifadə olunur.

“Əlilliyin müəyyən olunması meyarları”nın hazırlanmış yeni layihəsi də Beynəlxalq Səhiyyə Təşkilatının XBT əsasında xəstəliklərin bölgüsünün aparılması, insan orqanizminin funksiyalarının sabit pozuntularının geniş və təfsilatlı təsvirinin verilməsi, insan orqanizminin funksiyalarının sabit pozuntularının 10-100% diapazonunda qiymətləndirilməsi və bundan irəli gələrək FBT əsasında özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə, əmək fəaliyyəti bacarıqları kmi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə əlilliyin müəyyən olunmasına dair meyarları özündə ehtiva edir.

Yeni meyarların tətbiqi əlillik təyinatının daha obyektiv aparılmasını təmin edəcək. Belə ki, əvvəlki meyarlara görə əlilliyi olan şəxslərə l, ll və lll dərəcə təyin olunurdu və l dərəcəyə aid olan vəziyyəti ağır, kənar şəxsin qulluğuna ehtiyacı olan xəstələrlə, kənar şəxsin daimi qulluğundan tam asılı olan xəstələr arasında heç bir fərq olmurdu.

Yeni meyarlar xəstəliyin ağırlığını, gedişatın formasını, prosesin aktivliyini, kəskinləşmələrin tezliyini, patoloji prosesin baş verdiyi orqanların əhatə dairəsini daha obyektiv qiymətləndirməyə imkan verəcək. Meyarlar həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcəsi nəzərə alınaraq daha obyektiv qiymətləndirmə aparmağa imkan yaradacaq. Beləliklə, insan orqanizminin funksiya pozuntusu haqqında dəqiq qərar çıxarılacaq.

Sual: Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılacaq. Əlillik müddəti nədir? Niyə bütün kateqoriyalar üzrə əlillik göstəricisi vaxtaşırı yoxlamaya məruz qalır? Elə əlilliklər var ki, onlar ömrüboyu düzələ bilmir? niyə bunu nəzərə almadan ucdantutma bütün əlilliyi olan şəxslərə əlillik müddətinin bitməsi ilə bağlı müddət təyin edirlər? Və onları bir neçə ay pensiyasız yaşamağa məcbur edirlər?

Cavab: Hazırda əsasnaməyə uyğun olaraq (2-ci maddə) hər bir qrupa (18 yaşdan yuxarı şəxslər) aid müəyyən xəstəliklər (və onun fəsadları) siyahısı mövcüddur. Uşaqlara aid xəstəliklər 3 maddədir. Müddət haqqında 4 maddə qeyd olunub. Onu olduğu kimi burada qeyd etmək istərdim.

Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri;

 

4.1. Birinci dərəcə əlillik və tibbi göstərişolan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir.

4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

 

4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.

 

4.4. Bu Əsasnamənin 3.1.1. – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir.

 

Beləliklə, sizin müddətlə bağlı sualınıza cavab olaraq xülasə gətirim. Deməli bu Əsanaməyə görə bəzi xəstəliklər müalicə olunan və fəsadsız nəticələnən olduğu üçün müddətlidirlər. Yəni hər dəfə müddət bitənə yaxın vətəndaş tibbi müayinədən keçib öz vəziyyəti haqqında poliklinika vasitəsilə TSERAS (TibbiSosial Ekspertiza və Reabilitasiya Alt Sistemi ) sənədlər təqdim edilməlidir. Bu sənədlər əsasında TSERAS tərəfindən rəy çıxarılır- əlillik düşür və ya düşmür bu vətəndaşa, düşürsə hansı dərəcə göstərilir.

Düşmürsə səbəb göstərilir. Xatırladım ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər əlilliyin qiymətləndirilməsi prosesinin elektron texnologiyalar əsasında şəffaf şəraitdə həyata keçirilməsini və bu sahədə məmur-vətəndaş təmaslarının tam aradan qaldırılmasını təmin edir. Deməli əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə Səhiyyə Nazirliyindən daxil olan məlumat real vaxt rejimində TSEK-ə (TibbiSosial Ekspertiza Komissiyası) göndərişlərin reyestrinə daxil ediləcək və dərhal sonra isə TSERAS-a ötürüləcək. TSERAS göndərişi qəbul etdikdən sonra həmin göndərişi verən səhiyyə müəssisəsinin (poliklinika, Mərkəzi Xəstəxana), onu təsdiq edən şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin, yəni əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar adsızlaşdırılaraq şifrə veriləcək.

Məhz bundan sonra sistem qeyd olunan göndərişi əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə TSEK-ə (göndərəcək. Lakin bu zaman göndəriş onu verən səhiyyə müəssisəsinin, yaxud əlillik vəziyyəti qiymətləndirilməli olan şəxsin yaşadığı ərazi üzrə TSEK-ə heç bir halda göndərilə bilməz. Artıq TSEK göndərişin hansı səhiyyə müəssisəsi tərəfindən verildiyini və hansı şəxsə aid olduğunu bilmədən, yalnız göndərişdəki məlumatlar əsasında xəstəliyin vəziyyətinə uyğun olaraq əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edəcək.

Bundan nəticə çıxardaraq, xüsusi vürğulayaraq qeyd etməliyəm ki, vətəndaşların sənədlərini artıq ƏƏSMN-nin (Əmək və əhalinin sosial müdafiəsi nazirliyi) nəzdində fəaliyyət göstərən TSEK deyil, Səhiyyə Nazirliyin müvafiq qurumu (poliklinika, Mərkəzi Xəstəxana) vətəndaşların sənədlərini gəbul edib internet vasitəsilə TSERAS-a göndərir.

Bununla belə biz görürik ki, artıq vətəndaşların əlillik müddətin bitməsi haqqında xəbərdarlıq və sənədlərin düzgün formada sistemə yüklənməsi Səhiyyə Nazirliyin müvafiq qurumu (poliklinika, Mərkəzi Xəstəxana) cavabdehlik daşıyır.

Qaldıki  onları bir neçə ay pensiyasız yaşamağa məcbur edilməsinə, yuxarıda qeyd etmişəm – beləliklə yeni dəyişikliklərə görə (MM artıq 2ci oxunuşdan keçib, deməli qəbul edəcəklər) əlilliyin təyin olunması müddəti (əlillik təsdiq olunsa təbiiki) hətta  6 ay çəkərsə

(6 ay ərzində bu şəxsin əlilliyi təsdiq olunması müddəti uzansa və sözsüz 6 ay pensiyasız qalsa belə), əlillik müəyyən ediləndən sonra ona bu 6 ay gözləmə və araşdırma müddətində kəsilmiş pensiya geri qaytarılacaq.

Sual: Ən çox narazılıq son vaxtlar əlilliyi olan şəxslərin pensiyalarının kəsilməsi ilə bağlıdır. Xeyli şikayətlər gəlir. İnsanlar əlil olduğu halda bəzən qurumlar onları əlil kimi tanımaq istəmir və pensiyalarını kəsirlər. Bu yanlışlıqlar nə ilə bağlıdır?

Cavab: Bildiyiniz kimi bu günə kimi əlilliyin qiymətləndirilməsi və ya əlillik qrupların verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiqlənən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə tənzimlənir. Bu Əsasnaməyə əsasən bəzi xəstəliklər səbəbindən təyin olan əlillik qrupların sahibləri periodik olaraq komissiyadan keçərək öz əlillikləri təstiqləməlidirlər. Yani bu prosedur əlilliyi olan şəxsin əlilliyin yüngülləşmə, ağırlaşma və ya tamamilə problemlərin aradan qaldırılmasını müayinə-müşahidə etmək üçün lazımdır. Bu müayinə nəticəsində əlilliyi ya ləğv edirlər, ya da dəyişmədən saxlayır, ya da artırırlar, ya da azaldırlar. Baxır bu şəxsin vəziyyətinə.

 

Sual: Siz özünüz bu məsələlərin necə tənzimlənməsini istərdiz? Yəni necə etmək olar ki, saxta əlillik sənədləri və həmin sənədlər üzrə pensiyalar verilməsin və əlilliyi olan şəxslər də bu kimi məsələlərdən əziyyət çəkməsin?

Cavab: Baxın, mən düşünürəm bizim əlilliyi olan yoldaşlarımızın da günahı az deyil. Əvvəla əgər sən bilirsən ki, sənin əlilliyin müəyyən bir müddətlidir, o müddət bitməmiş gedib lazımı tibbi müəyinələrdən keçməlidirlər. Vaxtı çatanda Səhiyyə Nazirliyin müvafiq qurumuna (poliklinika, Mərkəzi Xəstəxana) təqdim etsinlər, onlar da sənədlərlə tanış olsunlar, onların qaydada olub-olmadığı desinlər. Yəni çatışmayan sənədləri çatdırmağa vaxtın olsun. Qaydasında olan sənədləri vaxtında göndərsinlər. Əks halda siz deyən bu problemlərlə üzləşməli olurlar.

Yani əlillik müddəti bitdikdə, TSERAS – elektron sistemi avtomatik olaraq pensiyanı dayandırır. Bu vətəndaş kartına pul oturmadığı halda başlayır tərpənməyə. Amma artıq bu vəziyyəti düzəltmək üçün daha çox vaxt tələb olunur. Əziyyət çəkməsinlər deyə çıxış yolu:

  • Vətəndaş vaxtında bütün sənədləri düzəltməlidir.
  • Səhiyyə Nazirliyin müvafiq qurumu (poliklinika, Mərkəzi Xəstəxana) sms və digər hər hansı vasitə ilə qabaqcadan vətəndaşı xəbərdar etməlidir.

Lakin qeyd edim ki, saxta əlilliyi olan şəxslər də nə vaxtsa saxta xəstəlik kağızları əldə edib bu əlillik qrupu əldə ediblər. Ona görə də, bu məsələləin araşdırılması proseduru uzun müddət vaxt aparır və həqiqətən də əlilliyi olan şəxslər də əziyyət çəkməli olurlar. Lakin başqa yolu yoxdur. Şübhə doğuran faktlar olduğu halda təkrar müəyinəyə göndərirlər. Misal üçün: Hemofiliya, Talasemiya, Vərəm, Urək-Damar və ya Diabet diaqnozu olan şəxsi necə yoxlamaq olar? Baxanda üzdən görmək olmur. Təbii ki, kimin doğru, kimin saxta olduğunu aşkarlamaq üçün tbbi müayinədən keçməlidirlər. 

Bir məsələyə də toxunmaq istəyirəm. Dünyanın heç bir yerində əlillik pensiyalar yüksək olmur. Bu sadəcə dövlət tərəfindən vətəndaşın həyat funksiyaları müəyyən dərəcədə itirirdiyinə görə verilən qismən də olsa kompensasiyadır. Lakin ikişaf etmiş ölkələrdə pensiyalarda savayı çox mükəmməl dərəcə sosial siyasət formalaşıb. Bu nədən ibarətdir: pulsuz dərmanlar, tibbi xidmətlər, reabilitasiya xidmətləri, yardımçı texniki vasitələr, kurort-sanator xidmətləri, sosial evlər, kommunal xərclər,  ictimai nəqliyyat, evlərdə sosial xidmətçilər, müyəssər mühit, müyəssər nəqliyyat, inkilüziv təhsil, idman, incəsənət, teatr, işədüzəlmə. Yəni orada əlilliyi olan şəxlər ancaq öz müavinətlə özünü və ailəni saxlamırlar. Onlara şərait yaradılır ki, hamısı işləyə bilsin. Təəssüflər olsun ki, Azərbaycandə hələ də bu cür şərait yaradılmayıb.

Düzdür, deyə bilərsiniz ki, Azərbaycan əliliyi olan şəxslərə bu sadalıdığımız xidmətləri verir. Lakin gəlin müqayisə edək.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button