Loading...
Loading...
Gündəm

“Yeni qanun onsuz da ciddi nəzarət olunan ölkə KİV-lərinə genişmiqyaslı məhdudiyyət gətirəcək”

Norveç Helsinki Komitəsi yeni qanunla bağlı narahatlığını ifadə etdi

Prezident Əliyev tərəfindən “Media haqqında” yeni qanun təsdiq edildikdən sonra Azərbaycanda jurnalist və ya sosial media fəalı olmaq daha da çətinləşəcək. Yeni qanun onsuz da ciddi nəzarət olunan ölkə KİV-lərinə bir çox yeni genişmiqyaslı məhdudiyyət gətirəcək”.

Bu açıqlamanı Norveç Helsinki Komitəsi fevralın 10-da yayıb.

Komitə qeyd edir ki, Azərbaycanda müstəqil və tənqidçi KİV-lər tez-tez senzuraya və zorla bağlanmağa, jurnalistlər və sosial şəbəkə istifadəçiləri sistemli təqiblərə və həbslərə məruz qalırlar: “Qanunun bir çox müddəası hökumətin hadisələrin işıqlandırılmasını ciddi şəkildə məhdudlaşdırmasına imkan verəcək və hökumətin tənqid edilməsinin qarşısını almaq üçün istifadə olunacaq. Jurnalistlərin Vahid Reyestrinə yalnız məhkumluğu olmayan jurnalistlər daxil ediləcək. Jurnalistlərin uzun illərdir saxta ittihamlarla daim həbs edildiyini nəzərə almaqla, bu şərt bir çox jurnalisti işləmək hüququndan məhrum edir və senzuranı leqallaşdırır”.

Açıqlamada vurğulanır ki, hakimiyyət bundan sonra bu və ya digər KİV-i bağlamaq üçün məhkəmə qərarına ehtiyac duymayacaq.

Azərbaycanın beynəlxalq tərəfdaşları media və tənqidi səsləri susdurmaqla avtokratiyanın qurulduğu bir ölkədə bu yeni məhdudiyyətlərin nə qədər zərərli olacağını dilə gətirməlidir”, – deyə bəyanatda qeyd edilir.

Fevralın 10-da ABŞ-ın Azərbaycandakı səfirliyi də yeni qanundan narahatlığını ifadə edən açıqlama yayıb.

Fevralın 8-də prezidentin təsdiqlədiyi qanun Milli Məclisin ötən ilin sonu – dekabrın 30-da keçirilən iclasında qəbul olunub.

Qanun layihəsində jurnalist fəaliyyəti ilə bağlı sərt tələblər nəzərdə tutulub.

Odur ki, ötən il dekabrın 28-də bir qrup azərbaycanlı jurnalist Milli Məclisin önündə “Media haqqında” yeni qanun layihəsinin qəbuluna etiraz olaraq aksiya keçirib.

İştirakçılar bildiriblər ki, yeni qanun Azərbaycanda olan qapalı media mühitinin daha da sərtləşməsinə təkan verəcək. Bu, ifadə azadlığı hüququnun pozulmasıdır və qəbulu yolverilməzdir.

Təkcə jurnalistlər yox, hüquqşünaslar, media ekspertləri və təşkilatları da yeni qanun layihəsinin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciətlər yayıblar. Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər. Daha sonra isə Prezident İlham Əliyevdən qanunu imzalamamasını istəyiblər.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç isə düşünür ki, Azərbaycanda yeni qəbul edilmiş “Media haqqında” Qanun ölkədə ifadə və media azadlığının vəziyyətini daha da pisləşdirir: “Qanun beynəlxalq ifadə və media azadlıqları dair standartlarına uyğun gəlməsi sarıdan ciddi narahatlıq doğurur. Bu qanunun media sahəsini və jurnalist peşəsini nəzarətə aldığı görünür. Media isə azad, müstəqil, senzurasız olmalıdır”.

Gözdən qaçırmayın:  Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button