2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətManşet

Yeni şəxsiyyət vəsiqələri üçün rüsum açıqlandı

“Vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər və bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil”

24saat.org xəbər verir ki, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

“Bu gündən Daxili İşlər Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılır. Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün “ASAN xidmət” mərkəzlərində və Sumqayıt regional “ASAN xidmət” mərkəzlərində həyata keçirilir”.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, növbəti günlərdə regional “ASAN xidmət” mərkəzlərində də yeni şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanılacaq.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin qiymətinə gəlincə, “ASAN xidmət” rəsmisi bildirib ki, 15 yaşı tamam olmuş vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur.

“Belə ki, rüsum 10 gün müddətində 5 manat, 3 iş günü müddətində 25 manat, 1 iş günü müddətində isə 35 manat təşkil edir. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunub. 10 gün müddətində 4 manat, 3 iş günü müddətində 20 manat, 1 iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, yəni etibarlılıq müddəti bitibsə, vəsiqə korlanıbsa, ad soyad, ata adı dəyişdirildikdə, sənəd itirildikdə yalnız bu zaman yeni nəsil şəxsiyyət vəsiqələrinin alınması zəruridir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button