2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Yeni seçki biabırçılığı

Daha bır parlament seçkiləri geridə qaldı. Neft və milyonlar səltənəti Azərbaycanda artıq uzun illərdir ki, seçkilər formal xarakter daşıyır. Seçkilər avtoritar üsüllarla idarə olunan ölkənin hakim dairələrinin əlində demokratik görüntü yaratmaq tamaşasından başqa bir rol oynaya bilmir. Artıq hər kəs nələr baş verdiyini anladığı üçün 2015ci ildə parlament tamaşası ölkənin ən böyük müxalif qrupları tərəfindən baykot olundu və iri qərb təşkilatları öz nümayəndələrini müşahidəçi qismində göndərməkdən imtina etdi.

Azərbaycanda birpalatalı parlamentdə 125 yerə seçkilər majoritar sistem üzrə keçirilir, bu o deməkdir ki, hər bir seçki dairəsində ən çox səs qazanan namizəd seçkilərin qalibi hesab olunur. Amma nə seçki öncəsi təbliğat kampaniyasında iştirakçılara bərabər şərait yaradılır, nə seçki qutularından real səsləri çıxır. Mərkəzi Seçki Komissiyası, 125 dairə seçki komissiyası və 5,100-dən artıq seçki məntəqəsi sadəcə hakim dairələrdən gələn sifarişlərin leqallaşdırılmasına xidmət edir. Nəticədə parlamentin əsas hissəsini hakim Yeni Azərbaycan Partiyası, geri qalanını da hökümətin icazəsi ilə seçilənlər tutur. Ölkədə siyasi mühit və seçki ilə bağlı hüquqi normalar, xalqın iradəsini, hətta qismən də olsa ifadə edəcək seçkinin mühiti yoxdur… Belə olan halda xalqın sözünü deyəcək, vətəndaşların marağı cərcivəsində hərəkət edn millət vəkillərinin də olmasını gözləmək məntiqsizdir. Buna görə də insan hüquqlarının vəziyyəti ilbəil yox, hər gün daha da pisləşir. Azərbaycan höküməti onu tənqid edənlərə qarşı repressiyalar aparmağa davam edir, insan hüquq və azadlıqlarının pozulması, təzyiqlər, hədələr çoxalır, adi hal alır. Hökümət yüzlərlə hüquq müdafiəçisini, siyasi fəalları və vətəndaş cəmiyyəti üzvlərini, jurnalistləri, bloqqerləri siyasi səbəblərlə cinayət məsuliyyətinə cəlb edib və ya həbs edib, bəziləri isə ölkədən qaçmağa məcbur edilib. Amma ölkə prezidenti israr edir ki, ölkədə siyasi məhbus yoxdur. Çünki siyasi zəmində həbs olunanların hamısı saxta ittihamlarla, o cümlədən narkotik və silah gəzdirmə, xuliqanlıq, cinayətə təhriketmə və hətta vətənə xəyanət ittihamları ilə üz-üzə qalır. Onlar nə ədalətli məhkəmə prosesi ilə təmin edilir, nə də uzun illər basqılar və həbslar sayəsində azalan vəkillərə şərait yaradılır. Kütləvi İnformasiya Vasitələri tamamilə oyundan kənar vəziyyətə salınıb. özəl, dövlət və ictimai televiziya kanalları Əliyevin hakimiyyətini dəstəkləyir və müxalifətin fəaliyyətinin işıqlandırılmasından imtina edir. İndi siz düşünün bu vəziyyətdə hansı demokratik seçkidən söhbət gedə bilər?

Buna görə də bir daha vurğulamağı özümə borc bilirəm. Azərbaycanın qurtuluşu azad seçkiədi. Əgər ölkədə inqilabi dəyişikliklər istəmiriksə, əgər xalq üsyanının qarşısını almaq istəyiriksə Əliyevlər və hökümət üzvləri mərhələli demokratiyaya keçməyi qəbul eləməlidirlər. Yoxsa sonumuz yaxşı olmayacaq, nəinki vətəndaş müharibəsi başlayacaq, həm də ölkə içində olan Rusiya və İran agnetləri önə çıxacaq, hətta höküməti ələ keçirmək şansları yaranacaq. Bu gün məsələ hakimiyyət deyil, dövlət məsələsidir.

Saytların yığılması Saytlarin yigilmasi

Anar Həsənov

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button