2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Yeni spikeri də “ciddi kadr dəyişikliyi” sayaqmı?

Seymur Həzi

Azərbaycanda keçirilmiş sonuncu parlament seçkiləri haqqında əksər şərhlər belədir ki, ciddi yenilik olmadı. “Ciddi yenilik” deyəndə, bu sətirlərin müəllifi də daxil olmaqla, əksəriyyət demokratik seçkilər nəticəsində köklü dəyişikliklərin baş verməsini nəzərdə tuturdu. Ancaq bu baş vermədi. Seçkilərə dair yerli və beynəlxalq rəyləri təkrarlamağa ehtiyac yoxdur, sadəcə, onu deyə bilərik ki, gözləyənlər gözlədiklərini almadılar: iqtidarda özünü “yenilikçi” adlandıranlar da, bu yenilikdən faydalanmaq üçün ortaya atılmış müxaliflər də, seçkini müşahidə etmək üçün dünyanın onlarla ölkəsini təmsil edən müşahidəçi korpusunun əsas təşkilatçısı ATƏT də… Yəni, sonparlament seçkilərində gördüklərimiz  mahiyyətcə əvvəlki saxtakarlıqların daha aşkar təkrarı oldu.

Saytların yığılması Saytlarin yigilmasi

Amma yox, fərq də var: parlamentin rəhbərliyi dəyişdi. Sual ondadır ki, bunu “ciddi dəyişiklik” adlandıra bilərikmi?

Demokratik prinsiplərdən çıxış etsək, cavabımız müsbət olmayacaq. Azərbaycan seçicisinin iradəsini ifadə etməyən bir qurum rəhbərinin yerinə o iradədən eyni dərəcədə uzaq olan başqası rəhbər gətirildi. Elə isə, bu dəyişiklik nə üçün, nəyə lazım idi?

Bu yerdə Molla Nəsrəddinin məşhur bir əhvalatını xatırlamaq yerinə düşür.  Molla camaatı başına yığıb, o dünya ilə bu dünyadan danışır: “Camaat, qorxmayın, o dünya da bu dünya kimidir, heç fərqi yoxdur.“ Bir nəfər mollanın sözündən hirslənib soruşur ki, elədirsə, bəs, sən özün niyə ölmürsən? Molla çaşmır: “Fərqi olmadığına görə”.

Yəni, hörmətli oxucu, Mollanın vəziyyətində olduğu kimi, indiki vəziyyətdə də “fərqi yoxdur” cavabı məntiqi görünür. Əslində isə dərininə varanda, görürsən ki, mühüm fərqi var. İstər hakimiyyətdaxili münasibətlər, istərsə də Azərbaycanda nüfuzu olan geosiyasi qüvvələrin maraqları kontekstində bunu hiss etmək mümkündür.

Sahibə Qafarova necə tanındı?

Azərbaycan parlamentinə sədr seçildiyi günə kimi yeni sədri heç öz seçki dairəsində yaxşı tanımırdılar. Bunu həmin dairədə seçki prosesini əks etdirən çoxsaylı qalmaqallı videomateriallar da göstərir. Ancaq Qafarova spiker seçiləndən sonra belə söhbətlər yayıldı ki, bu xanım 20 Yanvar faciəsinin siyasi təşkilatçılarından biri, Rusiyanın keçmiş baş naziri Primakova Azərbaycanda – Slavyan Universitetində yubiley tədbiri keçirənlərdən olub. Belə bir məlumat ortaya təsadüfənmi çıxdı? Əlbəttə, yox. Deməli, yeni spikeri “irəli çəkənlər” kimlərisə geri çəkilməyə məcbur ediblər, postu əldən vermiş qrup isə informasiya savaşına başlayıb. Buradan çıxan nəticə təkcə budurmu?

Kim seçir?

Azərbaycanda bir deyim dillərdə gəzir: “bir seçicili seçki”. Kimdir bu bir seçici? Ümumi rəyin arxasınca düşsək, söhbətin dövlət başçısından getdiyini deməliyik. O zaman razılaşmalıyıq ki, Sahibə Qafarovanı irəli çəkib, Oqtay Əsədovu geri itələyən elə prezident İlham Əliyev özüdür. Yəni, doğrudanmı Əsədov və onun mənsub olduğu komanda İlham Əliyevin iradəsinə qarşı informasiya savaşı açıb? Axı bu komandanın parlament seçkilərində özünü “yenilikçi” kimi təqdim etdiyini bilirdik. Başqa sözlə, İlham Əliyevin “islhatlar” mesajı məhz həmin komandanın timsalında yeniliklər vədi kimi başa düşülürdü. Bu halda isə qəribə konfiqurasiya ilə üzləşirik: İlham Əliyev – İlham Əliyevə qarşı. Göründüyü kimi, kifayət qədər mürəkkəb mənzərə yaranır. Bu qaranlıq tabloya necə işıq sala bilərik?

“Seçici” sayı bir deyil, ən azı iki “seçici” var

Tərəflərdən ikisi də dövlət başçısına istinad etdiyi üçün düşünürük ki, ortada seçkilərin nəticəsinə təsir edə bilən ən azı iki qrup var. Onların ikisi də – ən azı formal cəhətdən – dövlət başçısının nəzarətindədir. Həmin qruplardan, şərti olaraq desək, Rusiyaya daha yaxın olanı artıq parlamentin rəhbərliyinə seçilmək üstünlüyü qazanıb. Yəni, İlham Əliyevə bağlı iki qrupdan Moskvayla əlaqəsi olan daha güclü çıxıb. Prezident ya əvvəlcədən bu nəticə ilə razılaşıb, ya da sonradan onunla barışmalı olub. Biz belə bir durum haqqında konkret şərh verə bilmərik. Amma iki variantdan birinin qaçılmaz olduğunu düşünürük.

Bu, ciddi dəyişiklikdirmi?

Əlbəttə, onu ciddi dəyişiklik saymaq olar. Ən azından deyə bilərik ki, ya ölkəni əvvəlki status-kvoda idarə etmək mümkün olmayıb, ya da müəyyən mərhələ bizə məlum olmayan digər təsirlər meydana çıxıb və “islahat” çağırışı ilə hakimiyyətdə üstünlük əldə etmək istəyən qrup gözlənilməz cavabla qarşılaşıb. Yaranmış vəziyyət isə daha irəli çıxmaq istərkən əvvəlki mövqelərini də itirmiş qrupu qane etməyə, yeni hakimiyyətdaxili və makropolitik proseslərə təkan rolunu oynaya bilər.

Pressklub.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button